Hazırda rəsmi İrəvan üçün öz qonşuları ilə qonşu kimi davranmaq şansı yaranıb.

2023-03-14 Baxış: 351
img

“Hazırda onlar üçün öz qonşuları ilə qonşu kimi davranmaq şansı yaranıb. Bir sözlə, biz sülh istəyirik. Biz hər hansı digər müharibəni istəmirik. Hesab edirik ki, sülhə nail olmaq olar. Ötən ilin oktyabrında Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən də, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət əslində onu göstərir ki, sülhə nail olmaqda maneə yoxdur”- bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda keçirilən X Qlobal Bakı Forumunun açılş mərasimində çıxışında söyləyib.

Lakin bu razılaşmaya baxmayaraq Ermənistan tərəfinin sülh prosesinə maraqlı olmaması açıq aydın özünü göstərməkdədir. Üçtərəfli bəyanatda qeyd olunduğu kimi kommunikasiya və nəqliyyat yollarının açılması məsələlərinə Ermənistan tərəfinin hansısa qüvvələrin təsiri ilə maneə yaratması açıq aydın sülh prosesinə maneədir.Bundan başqa qondarma quruma hansısa hərbi yardıma cəhdlər, həmçinin Qarabağ regionununda Azərbaycan respublikasına məxsus təbii sərvətlərin hansısa yolla ölkədən çıxarılması əməlləri Ermənistan tərəfinin növbəti provakasiya yönümlü əməlləridir.Ermənistan tərəfi anlamalıdır ki, Azərbaycan respublikası ilə sülh prosesini həyata keçirmək onun üçün yaranmış tarixi şansdır. Regionda sülhün mövcudluğu çox vacibdir. İlk gündən Azərbaycanın rəsmi mövqeyi budur ki,bu məsələ Azərbaycan respublikasının ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Qarşı tərəfin məsələni dözülməz həddə çatdırmağı heç də ona uğur gətirə bilməz.Bizim də səbrimiz heç də tükənməz deyildir.

Azərbaycan dövləti öz qədim torpağı olan Qarabağa heç vaxt müstəqillik verməyəcək. Ermənistan bunu bilir deyə, danışıqların inkişafında müsbət tendensiyaların yaranmasına imkan vermir. Cənab Prezidentin dediyi kimi, hazırda rəsmi İrəvan üçün öz qonşuları ilə qonşu kimi davranmaq şansı yaranıb: “Azərbaycan sülh istəyir. Biz hər hansı digər müharibəni istəmirik. Ötən ilin oktyabrında Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən də, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət, əslində onu göstərir ki, sülhə nail olmaqda maneə yoxdur”.

Azərbaycan dünya ictimaiyyəti tərəfindən qəbul edilmiş ərazi bütövlüyünü bərpa edib. Hazırda danışıqlar sülhün əldə edilməsi üçün aparılır.

                                                       

Gülmirə Səfərova,

YAP Neftçala rayon təşkilatının fəal üzvü