Şərq-Qərb dəmir yolu əsas etibarilə tamamlanıb, lakin Şimal-Cənubda qatarların sürəti çox aşağıdır
Martın
14-də Berlində Kansler Olaf Şoltsla birgə keçirilən mətbuat konfransındakı
çıxışında Prezident İlham Əliyev bildirib ki, "Səfər zamanı apardığımız danışıqlar
bir daha onu göstərir ki, Almaniya ilə Azərbaycan arasında əlaqələr yüksək səviyyədədir,
siyasi dialoq müntəzəm olaraq aparılır". Qeyd edilməlidir ki, Azərbaycan
Prezidenti İlham Əliyevin nüfuzu sayəsində dünya siyasi sistemində Qoşulmama Hərəkatı
ikinci ən böyük diplomatik platforma və güc mərkəzinə çevrilib. Eyni zamanda,
Azərbaycanın enerji resurslarının Avropaüçün əhəmiyyəti ölkəmizi Qərb üçün də
mühüm tərəfdaşa çevirib. Dövlət başçımızın dəfələrlə söylədiyi kimi, bu gün
sirr deyil ki, Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır.
Müxtəlif şirkətlərin rəhbərlərinin toplaşdığı görüşdə Prezident
Əliyevlə almaniyalı iş adamları arasında çox əhəmiyyətli dialoq baş tutub. Prezident
ona ünvanlanan bütün sualları çox yüksək səviyyədə cavablandırıb və onlarla
fikir mübadiləsi, müzakirələr aparıb.
Metro tikintisi ilə bağlı siz bizim planımızdan xəbərdarsınız. Biz
bunu mərhələli şəkildə həyata keçiririk. Mən artıq qeyd etdiyim kimi, dəmir
yollarını təkmilləşdirməliyik. Şərq-Qərb əsas etibarilə tamamlanıb, lakin
Şimal-Cənubda qatarların sürəti çox aşağıdır. Hazırda biz Bakıdan Rusiya sərhədinə
dəmir yolunun yenidən qurulmasına investisiya yatırırıq. Ümidvaram ki, bir neçə
ilə bu, tamamlanacaq. Biz, həmçinin Cənub istiqamətində gedən dəmir yolunun
istiqamətini dəyişməyi planlaşdırırıq. Çünki hazırda o, birbaşa Xəzər dənizinin
sahilinə gedib çıxır. Şimal-Cənub nəqliyyat dəhlizində yüklərin potensial həcmi
15 milyon tondan 30 milyon tona qədər olacaq. Bu, Azərbaycandan tranzit ölkə
kimi istifadə etməyi planlaşdıranlardan aldığımız son məlumatdır. Ona görə də
bizim bu həcmdə yükü nəql etmək imkanına sahib olan bir dəmir yolumuz
olmalıdır. Ümidvarıq ki, bu marşrut boyunca çoxlu biznes fəaliyyəti olacaq,
söhbət təkcə dəmir yolunun inşasından deyil, bütün vacib sənaye, ticari
infrastrukturdan gedir və əlbəttə ki, dəmir yolları müasir standartlara uyğun
inşa edilməlidir. Həqiqətən də açıq dənizə birbaşa çıxışı olmadan Azərbaycan
artıq mühüm nəqliyyat qovşağına çevrilir, təkcə Şərqdən Qərbə və əks istiqamətdə
deyil, həm də Şimaldan Cənuba və Şimaldan Qərbə. Bilirsiniz ki, mallarını ixrac
edə bilmək üçün hazırda şirkətlərin öz yüklərinin nəqli üçün yeni yollar
tapmasına böyük ehtiyac var. Beləliklə, nəqliyyat iqtisadiyyatımızın lokomotivlərindən
biri olacaq. Ümidvarıq ki, söhbət təkcə tranzit gəlirlərinin əldə edilməsindən
getmir, biz marşrut boyunca biznes üçün, əsasən kiçik və orta müəssisələr üçün əlavə
imkanlar yaratmaq istəyirik və düşünürəm ki, Ələt Azad İqtisadi zonası xarici
istehsalçıların Azərbaycana cəlb olunması baxımından mühüm rol oynayacaq fikirlərini
Prezident İlham Əliyev sualları cavablandırarkən bildirmişdir.
Gülnar Hüseynova,
YAP Neftçala rayon təşkilatının fəal üzvü
Digər xəbərlər