Azərbaycanda hər beş ildən bir Regional İnkişaf Proqramları qəbul olunur.
Azərbaycanla Almaniya arasında bütün
sahələrdə əlaqələr qurulub. İki ölkə arasında qarşılıqlı münasibətlər ildən-ilə
inkişaf etməkdədir. İkitərəfli əlaqələrin möhkəmlənməsində iqtisadi əməkdaşlıq
mühüm əhəmiyyət daşıyır. Çünki Azərbaycan-Almaniya iqtisadi-ticari əlaqələri
dinamik inkişaf edir. Bu baxımdan martın 13-də Prezident İlham Əliyevin
Almaniyaya işgüzar səfəri zamanı bu ölkənin aparıcı şirkətlərinin rəhbərləri
ilə görüşü diqqət çəkir. Bu vacib müzakirəyə bir çox alman şirkətləri qoşulub.
Görüşdə müxtəlif sektorları təmsil edən otuza yaxın şirkətin nümayəndələri
toplaşıblar. Prezident İlham
Əliyev öz fikirlərini və konkret təkliflərə dair reaksiyasını bildirib:
“Azərbaycanda hər beş ildən bir Regional İnkişaf Proqramları qəbul olunur.
Birinci belə proqram 2004-cü ildə qəbul edilib. Hazırda biz 4-cü proqramın
yekunlaşdırılması prosesindəyik. Bütün bu proqramlar məlumdur və mətbuatda dərc
edilib. Bu proqramlar konkretdir və beş il ərzində Azərbaycanda həyata
keçiriləcək layihələri əks etdirir”. Bütün alman biznes cəmiyyəti bu
səmimi görüşdən məmnun olub. Çıxışılarından da göründüyü kimi, onlar Azərbaycan
və alman sahibkarları arasında iqtisadi əməkdaşlıq haqqında aparılan bu müzakirəni
özlərinə şərəf biliblər. Müzakirələr konkret layihələr haqqında daha konkret
səpkidə aparılıb. İki ölkə arasında ən yüksək səviyyədə qarşılıqlı səfərlər
təşkil edilir. Azərbaycanın biznes imkanlarının təşviq olunması məqsədilə
Almaniyada biznes forumlar keçirilib. Həmçinin Azərbaycanın iqtisadi
potensialının Almaniyada təşviq olunması üçün ölkəmiz hər il Almaniyada
keçirilən müxtəlif beynəlxalq sərgilərdə də iştirak edir. Bu da Azərbaycanla
Almaniya arasında ikitərəfli iqtisadi-ticari əlaqələrin daha da genişlənməsinə
xüsusi töhfə verir. Cənab Prezidentin Almaniyaya son səfəri və keçirdiyi mühüm
görüşlər iki ölkə arasında iqtisadi münasibətləri yeni mərhələyə qaldıracaq.
Aqşin
Hüseynli,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri.
Digər xəbərlər