Nadir və misli görünməmiş yenidənqurma modeli.
Azərbaycan yalnız öz iqtisadi imkanları hesabına Qarabağ və Şərqi
Zəngəzurda nadir və misli görünməmiş yenidənqurma modeli tətbiq edir."2020-ci ildə Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından
azad olunmasından sonra Azərbaycan bu ərazilərdə genişmiqyaslı yenidənqurma
işləri aparır. Azərbaycan Ermənistan tərəfindən tamamilə dağıdılmış böyük
ərazilərə həyatı yenidən qaytarır. Biz sıfırdan 9 yeni şəhər və birinci
mərhələdə 300-dən çox kənd və qəsəbə qururuq. Bu, milli hökumət tərəfindən
postmünaqişə dövründə öz maliyyə resursları hesabına həyata keçirilən nadir və
misli görünməmiş bir yenidənqurma modelidir".Azərbaycan Prezidentinin
təşəbbüsü ilə Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının
Fövqəladə Zirvə görüşündə bu fikirləri səsləndirən İlham Əliyev hər kəsin
diqqətinə çatdırıb ki, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü
üçün "Böyük qayıdış" proqramının icrasına başlanılıb.İqtisadi
imkanları güclənən Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda apardığı bərpa,
yenidənqurma prosesi illərlə yağmalanıb dağıdılan, viran qoyulan yurd
yerlərimizə yeni nəfəs gətirir, həyat qaynamağa başlayır.Prezident İlham
Əliyevin tapşırıqları əsasında Qarabağ və Şərqi Zəngəzurun "yaşıl inkişaf"
konsepsiyası üzərində bərpası, "ağıllı kənd", "ağıllı
şəhər"lərin yaradılması ümumilikdə Azərbaycanın iqtisadi qüdrətini dünyaya
nümayiş etdirir. 30 ildə daşı daş üstündə qoymayan ermənilər də şahidlik
edirlər ki, İlham Əliyev bu torpaqlarda möcüzələr yaradır.Azərbaycanın öz əzəli
torpaqlarında gördüyü möhtəşəm işlər göz qabağındadır. Bunu Qarabağa, Şərqi
Zəngəzura səfər edən xarici qonaqlar da təsdiqləyirlər. İki il ərzində müxtəlif
vaxtlarda həmin ərazilərə baş çəkənlər dəyişiklikləri, həyata keçirilən işləri
gördükcə təəccüblərini gizlədə bilmirlər. Belə qısa zamanda dövlətimizin
ermənilər tərəfindən viran qoyulmuş ərazilərimizi necə cənnətməkana çevirdiyini
görüb bu heyrəti gizlətmək mümkün də deyil.Göründüyü kimi, Qarabağı 44 günə
"dəmir yumruq"la düşməndən təmizləyən Ali Baş Komandan indi dəmir
iradə ilə 30 il ərzində viran qoyulan yurd yerlərimizi yenidən qurur, keçmiş
məcburi köçkünlərin Qarabağ və Şərqi Zəngəzura qaytarılması üçün kompleks
tədbirlər görür.
Bahar Məcidova,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini
Digər xəbərlər