Təbii qaz Azərbaycanın Avropaya İxrac etdiyi yeganə enerji məhsulu deyil
Bir neçə
gün əvvəl aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz”
(Rumıniya), FGSZ (Macarıstan), “Eustream” (Slovakiya) və Azərbaycan
Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə
bağlı Anlaşma Memorandumu”nun imzalanması bütün dünyada maraqla qarşılandı. Mərasimdə
çıxış edən Prezident İlham Əliyev bu Anlaşma Memorandumunun əhəmiyyətindən
danışdı, onu enerji resurslarının daha da şaxələndirilməsi, o cümlədən enerji təhlükəsizliyinin
gücləndirilməsi istiqamətində çox mühüm addım adlandırdı.
Dünya
dövlətləri tərəfindən Azərbaycana olan maraq hər gün durmadan artır. Prezident
İlham Əliyev dünyaya elə bir Azərbaycan təqdim edib ki, artıq onun əhəmiyyəti dərindən
dərk edilir, əməkdaşlıqdan məmnunluq ifadə olnur. Hazırda dünya ən mürəkkəb
tarixini yaşayır, bütün coğrafiyaya təsir gücündə olan müharibə yaşanır. Bu da əsasən
enerji sahəsində problemlərə geniş yol açıb. Belə bir məqəmda Azərbaycanın rolu
göz qabağındadır. Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü
üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini
müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan,
Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri
vasitəsilə həyata keçiriləcək. Anlaşma Memorandumunun imzalanması Avropanın
enerji təhlükəsizliyinə nail olmaq yolunda mühüm addımddır.
Ölkə
başçımız bildirdi ki, Yunanıstan ilə Bolqarıstan arasında interkonnektor vasitəsilə
inteqrasiya layihəsi Azərbaycanın təbii qaz təchizatının coğrafiyasını genişləndirmək
imkanı yaratdı. Bu layihə Avropada enerji təhlükəsizliyinin gücləndirilməsinə
artıq töhfə verir. Azərbaycan Avropanın, nəinki enerji, o cümlədən bir sıra digər
sahələrdə də etibarlı tərəfdaşıdır. İmzalanmış bu Anlaşma Memorandumu icra
olunduqdan sonra isə Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək
və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qaz ixrac etməyə fürsət
yaradacaq.
Bir ay əvvəl
Bolqarıstan Prezidenti Radevin Azərbaycanda rəsmi səfərdə olduğunu xatırladan
Prezident İlham Əliyev bildirdi ki, bu fakt ölkələrimiz arasında əməkdaşlıq səviyyəsini
göstərir. O, siyasi dialoqun dinamikasını nümayiş etdirir və göstərir ki,
Bolqarıstan və Azərbaycan nəinki strateji tərəfdaş, o cümlədən əsl dost ölkələrdir.
Bununla yanaşı, Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan “Strateji Tərəfdaşlıq
haqqında” Bəyannamə və ya Sazişlərə imza atıb və qəbul edib. Bu, o deməkdir ki,
Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və
bu tərəfdaşlığın çox güclü gələcəyi var.
Ötən
ilin iyul ayında imzalanmış Azərbaycan və Avropa Komissiyası arasında “Enerji
sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” əsasında isə Azərbaycan
2027-ci ilə qədər Avropa İttifaqı bazarına qaz təchizatını iki dəfə artırmağı
planlaşdırır. Bu gün Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana,
Bolqarıstana və İtaliyaya ixrac edilir. Bu ildən başlayaraq qaz Rumıniyaya da
çatdırılır. Əgər bütün lazımi interkonnektorlar olarsa, bu ilin sonundan etibarən
ölkəmiz Macarıstana və Slovakiyaya da qaz təchizatına başlayacaq və bu ölkələrin
sayının artırılmasını planlaşdırırıq.
Təbii
qaz Azərbaycanın Avropaya ixrac etdiyi yeganə enerji məhsulu deyil. İyirmi ildən
artıqdır ki, ölkəmiz xam nefti ixrac edən iri təchizatçı kimi etibarlı tərəfdaşdır.
Neft-kimya məhsulları və elektrik enerjisi də ixracımızın bir hissəsidir.
Azərbaycan
müstəqilliyini bərpa etdikdən sonra 1994-cü ildə imzaladığı müqavilə “XX əsrin
müqaviləsi” adlandırılır. Bu gün isə XXI əsrin layihəsini həyata keçiririk və
onun miqyası genişlənir.
Üç əsas
enerji infrastrukturu layihəsinin uğurlu tamamlanmasından sonra, yəni – iki
neft boru kəməri – biri Xəzərdən Aralıq dənizinə, digəri isə Xəzərdən Qara dənizə
gedən boru kəməri və uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizindən sonra,
hazırda Azərbaycanın bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə
çevrilməsi üzərində çalışmalar aparılır. Azərbaycanda bərpaolunan enerjinin
hesablanmış potensialı təxminən 200 qiqavatdır. Artıq ilk külək və günəş
enerjisi stansiyalarının tikintisi başlayıb. Xəzər dənizinin Azərbaycan
sektorunda 157 qiqavat enerji potensialı mövcuddur. Yaşıl enerjinin əsas ixrac istiqaməti
isə Avropadır.
Əsli
Nağıyeva,
YAP
Neftçala rayon təşkilatının fəal üzvü
Digər xəbərlər