“Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır”
Azərbaycan xalqının adət-ənənələri qədim köklərə söykənir.
Dahi lider Heydər Əliyev hər zaman adət-ənənələrin misilsiz rolunu yüksək qiymətləndirmişdir. Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi bütün dövrlərdə
istər 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci
katibi seçiləndən sonra, istərsə də müstəqil Azərbaycan Respublikasının
Prezidenti olandan sonra milli-mənəvi dəyərləri ön planda tutaraq siyasət
yürütmüşdür. Ümummilli liderin Azərbaycançılıq məfkurəsi fonunda qiymətləndirdiyi
milli-mənəvi dəyərlərin özü də çox stukturludur. Belə ki, uzaqgörən liderin
çıxışlarında bu dəyərlərin sütunu üç yerə bölünür: dil, adət-ənənə və din. Hər
çıxışında da bu üç məsələnin vəhdəti özünü göstərir: “Biz heç vaxt öz dinimizi,
tariximizi, milli-mənəvi dəyərlərimizi unutmamalıyıq. Onları yaşatmaq, onlardan
bəhrələnmək, ruhlanmaq həyatımızın əsas istiqaməti, gələcək işlərimizin zəmanətidir”.
Ulu Öndər adət-ənənələri yaşatmağı, nəsildən-nəsilə
ötürməyi vacib amil hesab etmişdir. “Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz
ölməzdir və bundan sonra da yaşayacaqdır”. Heç şübhəsiz ki, onun müdriklik fəlsəfəsinin
əsasında da məhz Azərbaycançılıq ideyaları dayanır. Ulu Öndər
xüsusilə müsəlman ölkələri arasında birlik və əməkdaşlığın gücləndirilməsini zəruri
hesab edirdi. Çünki Azərbaycanın çoxəsrlik tarixi, ictimai fikri, mədəniyyəti
Yaxın və Orta Şərq ölkələrində, o cümlədən müsəlman dünyasında gedən proseslərlə
sıx bağlıdır. Buna görə də mədəniyyətinin kökündə ümum-şərq faktoru xüsusi yer
tutan Azərbaycanın İslam aləminə olan marağı, eləcə də müsəlman ölkələrinin Azərbaycana
olan diqqəti təbiidir. Çıxışlarının
birində Heydər Əliyev demişdir: “İslam dini bizim doğma dinimizdir. Xalqımızın
milli-mənəvi dəyərləri, dinimizin adət-ənənələri bizim sərvətimizdir. Bizim ənənələrimiz,
mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır”. Məlumdur
ki, Azərbaycan ikinci dəfə müstəqillik əldə etdiyi ilk dövrdə ölkədə dövlət-din
münasibətlərində ciddi ziddiyyətlər vardı. Yalnız Heydər Əliyev hakimiyyətə gəldikdən
sonra bu sahədəki uçurumu aradan qaldırmaq mümkün oldu. Ulu
Öndər məscidlərə gedir, dini münasibətlərlə keçirilən mərasimlərdə iştirak
edirdi. Eyni zamanda onun Prezident kimi fəaliyyət göstərdiyi dövrdə
multikultural və tolerant dəyərlərə yüksək qiymət verilir, bütün dinlərin,
konfessiyaların nümayəndələrinə öz dini adət-ənənələrini sərbəst olaraq yerinə
yetirmək üçün imkan yaradılırdı. Heydər
Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizin İslam dünyası ilə əlaqələri
xüsusilə möhkəmlənmişdir. Azərbaycan yenə də İslam sivilizasiyasının və mədəniyyətinin
qorunmasına öz töhfəsini verir. Bunu ölkəmizin İqtisadi Əməkdaşlıq Təşkilatında
fəal iştirakı da təsdiqləyir. Avrasiya regionun üç böyük müsəlman ölkəsi –
Türkiyə, İran və Pakistan arasında regional iqtisadi əməkdaşlıq təşkilatı kimi
yaranıb. 1992-ci ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan
və Tacikstan da təşkilata daxil olub. Azərbaycan
2006-cı və 2012-ci illərdə İƏT-in iki sammitinə ev sahibliyi edib. Cari ilin
mart ayının 1-də Pakistanın paytaxtı İslamabadda keçirilən İqtisadi Əməkdaşlıq
Təşkilatının XIII Sammitində 2012-ci ildən sonra görülən işlər yüksək qiymətləndirilib
və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür elan olunub. Prezident
İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi
ili” elan olunması ölkəmizin sülhsevər və humanist siyasətinin təzahürüdür. Bu,
həm də İslam dünyasına olan həssas münasibətin göstəricisidir.
Anar
Güllərli,
YAP
Neftçala rayon təşkilatının fəal gənci
Digər xəbərlər