Azərbaycan xalqına həsr olunmuş fədakar ömür.
Heydər Əliyev 1993-cü il
iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən
isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə
başlayıb.
Müstəqilliyin
ilk illərində respublikamızda xaos, anarxiya yaranmış və daxili çəkişmələr
özünün pik nöqtəsinə çatmışdı. Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq təhlükəsinin
astanasında olarkən xalqımız 1993-cü ildə Azərbaycan dövlətini xilas etmək üçün
Ümummilli lider Heydər Əliyevə üz tutdu. O zaman ölkəyə “rəhbərlik” edən qüvvələr
də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu öndər Heydər
Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər. Beləliklə,
iyunun 9-da Ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın
taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu qayıdış xalqımızı fəlakətdən
xilas etdi. Ümummilli liderin Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə
qarşılandı. 1993-cü il iyunun 15-də isə Ümummilli lider Heydər Əliyev Azərbaycan
Respublikası Ali Sovetinin Sədri seçildi.
Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan
1993-cü il iyunun 15-də Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası
Ali Sovetinin Sədri seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin
başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili
siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Ümummilli lider Heydər
Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı
qürur səhifəsinə çevrildi.Heydər Əliyev
1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyunun 24-də isə
Milli Məclisin qərarı ilə Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata
keçirməyə başlayıb.H. Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin
ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində
dönüş yaranıb, müstəqil dövlət quruculuğu prosesi başlanıb, 1994-cü il oktyabr
və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alınıb, ölkədə
ictimai-siyasi sabitlik bərqərar edilib. Dövlətin xarici siyasəti, eləcə də
dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli
maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə
başlayıb.
Rüfət
Quliyev,
YAP
Neftçala rayon təşkilatının veteran üzvü
Digər xəbərlər