Birgə ticarətin həcmi artacaqdır
Azərbaycan
və Pakistan münasibətləri iki qardaş ölkə arasında olan münasibətlərdir.
Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və
qarşılıqlı dəstək üzərində qurulub. Pakistan işğal dövründə Azərbaycana dəstək
verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib.
Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir və bu, məhz
işğal səbəbindən baş vermişdir. Azərbaycan və Ermənistan arasında sülh
sazişinin imzalanmasının perspektivləri var. Sadəcə olaraq, Ermənistan siyasi
iradə nümayiş etdirməlidir və artıq rəsmi olaraq bəyan etdiklərini kağız
üzərində həkk etməlidir ki, Qarabağ Azərbaycandır. Azərbaycan Pakistanı Kəşmir məsələsində hər
zaman dəstəkləyib. Bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq
təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Qarşılıqlı dəstək
bizim ölkələri və xalqları daha da yaxınlaşdırır.44 günlük müharibə dövründə
Türkiyə və Pakistan bizimlə bir yerdə idi. Artıq Azərbaycandan bir neçə
nümayəndə heyəti Pakistana səfər edəcəkdir. Biri ticarət və sərmayə məsələsi,
növbəti nümayəndə heyəti enerji məsələsi ilə məşğul olacaq, üçüncüsü isə
müdafiə sənayesi sahəsində əməkdaşlığı nəzərdən keçirəcəkdir. Enerji sahəsində
böyük perspektivlər var. Şəhərlərimiz arasında uçuşların sayı artacaq. Birgə
ticarətin həcmi artacaqdır. Bu istiqamətdə anlaşma memorandumu imzalanacaq və
məhsulların siyahısı üzərində işlər aparılacaqdır. Artıq Azərbaycandan bir neçə
nümayəndə heyəti Pakistana səfər edəcəkdir. Biri ticarət və sərmayə məsələsi,
növbəti nümayəndə heyəti enerji məsələsi ilə məşğul olacaq, üçüncüsü isə
müdafiə sənayesi sahəsində əməkdaşlığı nəzərdən keçirəcəkdir.
Elşən
Ağalarov,
YAP
Neftçala rayon təşkilatı
Ərazi
partiya təşkilatı sədrinin müavini
Digər xəbərlər