Öz nəqliyyat imkanlarımızı hüdudlarımızın kənarına da çıxara bildik.
İyulun 11-də Prezident İlham
Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr
olunmuş müşavirə keçirilib.Müşavirədə çıxış edən ölkə başçısı altı ay ərzində
iqtisadiyyatımızın inkişaf etdiyini qeyd edərək bildirib ki, “Cari ilin
altı ayında əsas istiqamətimiz ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi,
qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi
və sosial sahələrdə islahatların davam etdirilməsi idi. Qeyri-neft sektorumuz və
qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıbdır.Şimal-Cənub nəqliyyat
dəhlizi öz növbəsində ölkəmizin nəqliyyat əlaqələrinin genişləndirilməsinə və
tranzit ölkə kimi bu sahədən böyük həcmdə gəlir əldə etməsinə imkan verəcəkdir. Bu
da Azərbaycan Respublikası üçün xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda,
Şimal-Cənub nəqliyyat dəhlizinin siyasi əhəmiyyəti də danılmazdır.Azərbaycan
Respublikasının Şimal-Cənub nəqliyyat dəhlizinə qoşulması, dəhlizlə yük və sərnişin
daşımalarında fəal iştirakı respublıkamızın iqtisadi maraqlarına uyğun olacaq. Yüklərin,
o cümlədən tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin
çoxalmasına və gəlirlərinin artmasına, tranzit xidmətlərini büdcənin əsas gəlir
mənbələrindən birinə çevirməyə, ölkəmizin nəqliyyat infrastrukturunun
inkişafına, yeni iş yerlərınin açılmasına və digər problemlərin həllinə şərait
yaradacaqdır.”Bu yaxınlarda biz öz nəqliyyat imkanlarımızı hüdudlarımızın kənarına
da çıxara bildik. Hərəsi 115 min tonluq üç böyük tanker alınıb. Bu, Azərbaycan
tarixində ilk dəfədir. Tankerlərə “Şuşa”, “Qarabağ” və “Zəngəzur” adları
verilib”. Bunu Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi
yekunlarına həsr olunmuş müşavirədə deyib.Azərbaycan mallarının Azərbaycan şirkəti
tərəfindən daşınması bizə əlavə gəlir gətirəcək və biz artıq Qara dənizdə də
varıq. Bizim kiçik həcmli gəmilərimiz var idi. Amma bu gün bizim “Aframax”
tipli ən böyük tankerlərimizdən üçü artıq Qara dənizdə işləyir.Ölkə başçısı tərəfindən
göstərilən diqqət və qayğı nəticəsində iqtısadiyyatın bütün istiqamətlərində, o
cümlədən nəqliyyat sistemi və onun infrastruktur sahələrinin də sürətli
inkişafı üçün böyük imkanlar yaranmışdır.
Elşad Tağıyev,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr
müavini
Digər xəbərlər