Xəzərdəki gəmiqayırma imkanlarımıza yenidən baxmalıyıq
Xəzərin
sərvətləri Azərbaycanın milli gəlirinin, xalqımızın firavanlığının çox mühüm mənbəyidir.
Dünyanın ən böyük gölü olsa da, dəniz adlandırılan bu su hövzəsi dibindəki
“qara qızıl”ı, qoynundakı kürüsü, balığı ilə yanaşı, həm nəqliyyat-logistika
imkanları ilə dövlətimizin iqtisadi gücünün artırılmasına sanballı töhfələr
verir. Xəzərin sularında ölkəmizə məxsus çoxsaylı yük və sərnişin gəmiləri
üzür, buradan cənub-şimal, şərq-qərb nəqliyyat dəhlizləri keçir.
Azərbaycan
gəmiçiliyinin inkişafı, o cümlədən gəmiqayırma sənayesinin formalaşması zəngin
tarixi irsə və ənənələrə əsaslanır. Hələ XIX əsrin ortalarından başlayaraq,
Bakının iri neft sənayesi mərkəzinə çevrilməsi, dünyada ilk neftdaşıyan barjın,
ilk daxiliyanma mühərrikli və ilk reversivli iki mühərriklə çalışan gəmilərin Xəzərdə
istismara verilməsi, ilk tankerin Xəzərdə səfərlər etməsi Azərbaycanda gəmiçilik
fəaliyyətinin yaddaqalan səhifələridir. Prezident İlham Əliyevin beş il əvvəl
ASCO-nun 160 illiyi münasibətilə təbrikində qeyd olunduğu kimi, tarixi boyu hər
bir mərhələdə milli iqtisadiyyatın inkişafına qüvvətli təsir göstərmiş gəmiçilik
ölkəmizdə ötən müddət ərzində mühüm hadisələrlə zəngin şərəfli bir yol
keçmişdir. Ölkəmizdə nəqliyyat sistemi, o cümlədən su nəqliyyatı ulu öndər Heydər
Əliyevin siyasi hakimiyyətdə olduğu dövrlərdə daim diqqətdə saxlanılıb. Müstəqil
dövlətçiliyimizin banisi və qurucusu dənizçilərin fədakar əməyini həmişə
layiqincə qiymətləndirib və milli gəmiçiliyin müasirləşməsində müstəsna xidmətlər
göstərib. Azərbaycanda bir neçə gəmi təmiri müəssisəsi olub ki, bunlar da gəmiqayırma
sənayesinin formalaşması üçün zəmin rolunu oynayıb.
Dünyada
yaşı min illərlə ölçülən gəmiqayırmanın və gəmiçiliyin ölkəmizdə inkişafının
yeni mərhələsi uğurla davam edir. Erməni faşizmi üzərində möhtəşəm qələbə nəticəsində
Cənubi Qafqazda yeni yaranan reallıqlar – nəqliyyat-kommunikasiya imkanlarının
genişlənməsi, xüsusən, Zəngəzur dəhlizinin açılması Xəzərdə gəmiçiliyin yükünü
artıracaqdır. Bu amil və qalib dövlətimizin iqtisadi qüdrəti gəmiqayırma sənayesinin
inkişafına daha güclü təkan verəcəkdir.
İyulun
11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü
ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib.
Dövlətimizin başçısı müşavirədə çıxışı zamanı qeyd etmişdir ki, bizim Xəzərdəki
gəmiqayırma imkanlarımıza da yenidən baxmalıyıq. Çünki qonşu ölkələrdən
sifarişlər gəlir. Bizim gəmiqayırma zavodumuz mövcud daşıma imkanlarımıza
hesablanmışdır. Eyni zamanda, uzun illər fəaliyyət göstərən gəmilərin sıradan
çıxmasını da nəzərə alırıq. Çünki onlar sıradan çıxır, təzələnməlidir. Amma
indi daha böyük tələbat var - həm bizim, həm də ki, qonşu ölkələrin. Beləliklə,
istisna deyil ki, biz nə vaxtsa gəmiqayırma zavodunun istehsalat sahələrinin
genişləndirilməsinə də başlaya bilərik. Yəni, siz bunu diqqətdə saxlayın. Hər
halda xaricdən gələn sifarişlər, - biz artıq ilkin danışıqlara başlamışıq, -
çox müsbət haldır və bu, bir daha göstərir ki, biz hər şeyi vaxtında edirik.
Əgər bu
gün bizdə gəmiqayırma zavodu olmasaydı, biz tankerləri, gəmiləri haradan
alacaqdıq? İndi sual ritorikdir. Biz əvvəllər haradan alırdıq, indi oradan heç
kim ala bilmir. Ona görə bu, vaxtında atılmış strateji bir addım idi. Ələt Beynəlxalq
Dəniz Ticarət Limanının imkanlarının genişləndirilməsi də. Bu göstərişi də mən
vermişdim, biz bunu da etməliyik. Çünki bizim aşırma qabiliyyətimiz 15 milyon
tona hesablanıb. Əvvəlki dövr üçün bu, kifayət idi. Bir-iki ildən sonra bu,
çatmaya bilər, çünki yenə də mən əvvəlcədən nəyi isə demək istəmirəm. Amma
qonşu ölkələrlə və tərəfdaş ölkələrlə aparılan danışıqlar göstərir ki, Azərbaycan
ərazisindən bir neçə dəfə çox yüklərin daşınması mümkün olacaqdır.
Gülnar
Məmmədova,
YAP
Neftçala rayon təşkilatının fəal üzvü
Digər xəbərlər