Bu ilin sonunadək 240 meqavat gücündə birinci Günəş enerjisi stansiyası istifadəyə veriləcəkdir
Hazırda ölkəmizdə bərpa olunan enerji mənbələrindən
istifadənin genişləndirilməsinə özəl, o cümlədən xarici investisiyalar cəlb
edilir. Yeni Günəş Elektrik stansiyalarının da əsasən özəl investisiyalar
hesabına inşa edilməsi nəzərdə tutulur. Azərbaycan Prezidenti İlham Əliyevin
düşünülmüş və uzaqgörən siyasəti nəticəsində ölkəmizdə formalaşmış cəlbedici
investisiya mühiti və zəngin yaşıl enerji potensialımız buna tam imkan
verir.
Növbəti illərdə elektrik enerjisinin istehsal dinamikası artıq bərpaolunan
enerji mənbələrinə əsasən formalaşacaq. Bunun üçün zəngin potensial, bərpaolunan
enerjinin inkişafını prioritetləşdirən dövlət siyasəti, yeni qanunvericilik
bazası və xarici investisiyaların cəlbi kimi bütün zəruri şərtlər mövcuddur. Azərbaycanın
bərpaolunan enerji mənbələrindən əldə etdiyi elektrik enerjisinin ixracı və
bunun üçün yeni texnologiyaların tətbiqi, eyni zamanda, bu sahədə təcrübə
mübadiləsi vacibdir. Azərbaycanlı mütəxəssislərin vaxtaşırı müxtəlif beynəlxalq
tədbirlərdə iştirakı, ölkəmizin əldə etdiyi təcrübə bu məqsədin reallaşmasında
mühüm rol oynayır.
Prezident İlham Əliyevin müxtəlif enerji mənbələrinin inkişafı üçün həyata
keçirdiyi siyasət, uzaqgörən siyasi qərar və qətiyyətli addımların ardıcıllığı,
bir-birini tamamlaması nəinki Azərbaycanın, eyni zamanda, tərəfdaşlarımızın
enerji təhlükəsizliyinə töhfə verir və “yaşıl enerji”yə problemsiz keçidə təminat
yaradır.
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda
Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində
iştirak edib və sualları cavablandırıb.
Prezident İlham Əliyev sualları cavablandırarkən bildirmişdir ki, bizim
fəal çalışdığımız digər bir mühüm sahə rəqəmsallaşmadır. Həmin sektora böyük həcmdə
maliyyə vəsaiti ayrılıb. Böyük potensialımız var. Mən bilirəm ki, bəzi Amerika
şirkətləri artıq bərpaolunan enerji sahəsinə maraq göstərir. Biz bu sahədə çox
böyük potensiala malikik. Bakını yaxşı tanıyan insanlar bilirlər ki, Bakı çox
küləkli şəhərdir və əlbəttə, bəzən külək güclü olanda bu, problem yaradır.
Ancaq, eyni zamanda, biz görürük ki, külək Xəzər dənizində də böyük gəlir gətirəcək.
Artıq Beynəlxalq Maliyyə Korporasiyası hesablama aparıb. Hesablamaya görə, təkcə
Xəzər dənizində 157 qiqavat həcmində potensial var. Yeni bərpaolunan enerji sahəsində
şirkətlər artıq fəaliyyət göstərir. Azərbaycan, Gürcüstan, Macarıstan və
Rumıniya arasında saziş imzalandı və Avropa İttifaqının Prezidenti də orada
iştirak edirdi. Həmin layihəyə əsasən, biz Azərbaycandan Avropaya Qara dənizin
dibi ilə yaşıl enerji xətti inşa edəcəyik. Artıq ilkin hesablama aparılıb və
texniki-iqtisadi əsaslandırmanın yəqin ki, sentyabr-oktyabr aylarında təqdim
olunacağını gözləyirik. Layihə üzrə Rəhbər Komitənin ilk iclası fevralda Bakıda
keçirilib.
Bu ilin sonunadək 240 meqavat gücündə birinci Günəş enerjisi
stansiyası istifadəyə veriləcəkdir, lakin bu, yalnız birincidir. Biz 10 qiqavat
səviyyəsində memorandumlar və sazişlər imzalamışıq. Beləliklə, texniki-iqtisadi
əsaslandırmaya başlanılıb. Həmin memorandumların yarısı belə həyata keçirilsə,
bu, bizim üçün kifayət edəcək ki, Avropada geniş coğrafiyaya elektrik
enerjisini ixrac edə bilək. Bu, bizə elektrik enerjisi istehsal etmək üçün təbii
qaza da qənaət etməyə imkan verəcək və biz həmin həcmləri beynəlxalq bazara
çıxaracağıq. Yəni, bu, hər kəs üçün uduşlu bir vəziyyətdir
Faiq
Babazadə,
YAP
Neftçala rayon təşkilatı
Ərazi
partiya təşkilat sədri
Digər xəbərlər