Rəqəmsallaşma sektoruna böyük həcmdə maliyyə vəsaiti ayrılıb
Qarabağın incisi olan Şuşa erməni işğalından azad edildikdən
sonra bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edib. Möhtərəm
Prezidentimiz İlham Əliyev cənablarının
tapşırığına əsasən “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının
148-ci ildönümü ilə bağlı iyul ayının 21-23-də Qarabağın Mədəniyyət paytaxtı
olan Şuşa şəhərində “4-cü Sənaye
İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu keçirilib.
Çox böyük rezonans doğuran bu mötəbər Forumda 49 ölkədən 150 xarici qonaq, o
cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat
və media qurumları qatılıb. Həmçinin
Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib. Bütün bunlar beynəlxalq
tədbirin müstəsna əhəmiyyətə malik olmasından
xəbər verir.
İkinci Qarabağ
müharibəsindən sonra Azərbaycanın əldə etdiyi möhtəşəm qələbə bu gündə dünyanın diqqət mərkəzindədir. Təkcə Şuşa şəhərinin işğal¬dan azad edilməsi üçün tətbiq edilən hərbi taktika variantları Azərbaycan Ordusunun yenilməz gücünə və qüdrətinə olan ehtiramın ifadəsidir. Bu qələbə dünyanın əksər
dövlətlərinin hərbi ekspetlərinin təklifləri ilə qurumlar tərə¬fin¬dən öyrənilməkdədir.
Forumda çıxışında ölkə başçımız İkinci Qarabağ müharibəsinin
gedişində xalqa müraciə¬tin¬də qürurla dediyi fikirlər ondan xəbər verir ki,
Şuşa şəhəri Azər¬bay¬canın mədəniyyət
paytaxtıdır, eyni zamanda, Şuşa bizim Qələbəmizin və sülhün rəmzidir. Şuşa azad olunduqdan sonra İkinci
Qarabağ müharibəsi başa çatmış hesab olundu. Eyni zamanda böyük fəxarətlə deyə
bilərik ki, Şuşanın işğaldan azad olunması
Azərbaycan xalqının və Rəşadətli Ordunun cəsarətinin rəmzidir.
Respublikamız iqtisadiyyatı yüksək səviyyədə inkişaf etdiyinə görə region dövlətləri içərisində iqtisadiy¬yatın
önündə gedir. Özünü dünyada enerji
istehsalçısı kimi sübut edən Azərbaycan Avropanın enerji təhlükəsizliyinin
etibarlı tərəfdaş¬larından biri kimi təqdim
edir. Ölkəmiz Beynəlxalq Şərq–Qərb, Şimal–Cənub nəqliyyat qovşağı kimi məsuliyyətli
vəzifəni layiqincə yerinə yetirib. Bütün bunların sayəsində təbii olaraq
respub¬likamızın regional və dünya iqtisadiyya¬tında rolu və əhəmiyyəti xeyli
yüksəlib.
Möhtərəm
Prezidentimiz cənab İlham Əliyev
Forumda çıxışı zamanı qeyd etdi ki, bizim fəal çalışdığımız digər bir
mühüm sahə rəqəmsallaşmadır. Həmin sektora böyük həcmdə maliyyə vəsaiti
ayrılıb. Böyük potensialımız var. Mən bilirəm ki, bəzi Amerika şirkətləri artıq
bərpaolunan enerji sahəsinə maraq göstərir. Biz bu sahədə çox böyük potensiala
malikik. Bakını yaxşı tanıyan insanlar bilirlər ki, Bakı çox küləkli şəhərdir və
əlbəttə, bəzən külək güclü olanda bu, problem yaradır. Ancaq, eyni zamanda, biz
görürük ki, külək Xəzər dənizində də böyük gəlir gətirəcək. Artıq Beynəlxalq
Maliyyə Korporasiyası hesablama aparıb. Hesablamaya görə, təkcə Xəzər dənizində
157 qiqavat həcmində potensial var. Yeni bərpaolunan enerji sahəsində şirkətlər
artıq fəaliyyət göstərir. Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya
arasında saziş imzalandı və Avropa İttifaqının Prezidenti də orada iştirak
edirdi. Həmin layihəyə əsasən, biz Azərbaycandan Avropaya Qara dənizin dibi ilə
yaşıl enerji xətti inşa edəcəyik. Artıq ilkin hesablama aparılıb və
texniki-iqtisadi əsaslandırmanın yəqin ki, sentyabr-oktyabr aylarında təqdim
olunacağını gözləyirik. Layihə üzrə Rəhbər Komitənin ilk iclası fevralda Bakıda
keçirilib.
Bu ilin sonunadək 240 meqavat gücündə birinci Günəş enerjisi
stansiyası istifadəyə veriləcəkdir, lakin bu, yalnız birincidir. Biz 10 qiqavat
səviyyəsində memorandumlar və sazişlər imzalamışıq. Beləliklə, texniki-iqtisadi
əsaslandırmaya başlanılıb. Həmin memorandumların yarısı belə həyata keçirilsə,
bu, bizim üçün kifayət edəcək ki, Avropada geniş coğrafiyaya elektrik
enerjisini ixrac edə bilək. Bu, bizə elektrik enerjisi istehsal etmək üçün təbii
qaza da qənaət etməyə imkan verəcək və biz həmin həcmləri beynəlxalq bazara
çıxaracağıq. Yəni, bu, hər kəs üçün uduşlu bir vəziyyətdir.
Pərviz Cavadov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri
Digər xəbərlər