Azərbaycan dilinin qorunması hər kəsin borcudur
Azərbaycan dilinin qorunması hər kəsin borcudur. Zənginliyi
nöqteyi- nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri
vardır. Son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilin dəyişilməsinə
səbəb olur. Dilin orijinallığının qorunması məsələsi media ilə bağlı qurumların, eləcədə telekanalların
da öhdəsinə yeni vəzifələr müəyyən edir. Ümummilli Lider də öz çıxışlarında Azərbaycan
dilinin saflığının qorunması üçün çağırışlar edir, dilimizin türk dilləri ailəsində
xüsusi müstəqil mövqeyini vurğulayırdı. Ümummilli Liderin təşəbbüsü ilə hər il
Azərbaycanda avqustun 1-i Azərbaycan əlifbası və dili günü kimi qeyd olunur.
Milli-mənəvi dəyərlərimizin qorunmasında misilsiz
xidmətlər göstərən ulu öndər Heydər Əliyev varlığımızı təsdiqləyən dilimizin
saflığının qorunmasına xüsusi diqqətlə yanaşmışdır. Azərbaycan dili uzun illəri
əhatə edən formalaşma dövründə siyasi, dini, mədəni münasibətdə olduğu xalqlar
arasında ünsiyyət vasitəsi kimi başqa dillərə də təsir etmişdir. Xalqımızın ən
qiymətli sərvəti olan dilimizə başqa millətlərin nümayəndələrinin verdikləri
qiymətdən də aydın olur ki, səlis, axıcı, ahəngdar Azərbaycan dili türkdili
xalqlar arasında da seçilir və sevilir. Ölkəmizdə yaşayan və dinindən, dilindən,
milliyyətindən asılı olmayaraq Azərbaycan dilini ikinci ana dili kimi qəbul edən
bütün vətəndaşlar üçün ünsiyyət vasitəsi olan Azərbaycan dilinin xalqımızın
elmi, bədii məntiqi təfəkkürünün formalaşması və inkişafında böyük rolu
olmuşdur.
“Ana dilimiz müstəqil Azərbaycanın , Azərbaycan
xalqnın ən böyük milli sərvətidir” söyləyən ümummilli lider Heydər Əliyev
bildirirdi ki, hər bir xalqın elə milli-mənəvi dəyərləri vardır ki, onun
qorunması, zənginləşdirilməsi, inkişaf etdirilməsi, cəmiyyətdəki mövqeyindən,
peşəsindən, ixtisasından, vəzifəsindən asılı olmayaraq hamının və hər kəsin vətəndaşlıq
borcudur. 1993-cü ildə hakimiyyətə qayıdışı ilə bütün sahələrdə köklü
islahatlar aparan, dövlətin dil siyasətinə millətin varlığını təsdiqləyən amil
kimi diqqətlə yanaşan ümummilli lider Heydər Əliyevin təklifinə və ümumi
razılaşmaya əsasən Azərbaycan dilinin latın qrafikalı əlifbasının tətbiqi məqsədəuyğun
hesab olundu. Bu sahə üzrə nəzərdə tutulan problemlərin həlli üçün xüsusi Sərəncamla
Dil Komissiyası yaradıldı. Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsi,
inkişafı, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli- mədəni
özünüifadə ehtiyaclarının ödənilməsi imkanları genişləndi.
Müstəqilliyimizin bərpasında sonra Azərbaycan dili
xalqımızın ictimai-siyasi, sosial- iqtisadi və elmi-mədəni həyatında dövlətin rəsmi
dili kimi müstəsna əhəmiyyət daşıdı.
Ölkə başçısı Cənab Prezident İlham Əliyev ana
dilimizlə bağlı siyasətində də Ulu öndər Heydər Əliyevin layiqli davamçısı kimi
çıxış edir və bu işi uğurla davam etdirir: “Respublikada dil siyasətinin birmənalı
şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi
və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin
göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.”
Son zamanlar ölkə gündəmində, eləcə də sosial şəbəkələrdə
geniş müzakirə olunan mövzulardan biri də Azərbaycan dili məsələləridir. Bu
kimi müzakirələr adətən müxtəlif filmlərin tərcümə edilərək mavi ekranlara
çıxarıldığı zaman daha geniş vüsət alır. Bu baxımdan dövlətin mədəniyyət siyasətində
yeni formalaşdırılmış strateji prioritetlərinin cəmiyyətə təqdim olunması
olduqca vacibdir. Ona görə də bu yeni formalaşdırılmış strateji prioritetlər
haqqında danışacağıq. Öncə qeyd edək ki, yeni strateji prioritetlər Azərbaycan
xalqının milli maraqlarını özündə ehtiva edir. Özünəməxsusluğun və milli
identikliyin qorunması mədəniyyət siyasətinin qarşısında duran strateji
prioritetlərdəndir. Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir
xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti,
Azərbaycan dili, milli mənəvi dəyərlər olub. Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin
qorunub inkişaf etdirilməsi həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin
və milli birliyimizin ən başlıca simvollarını qorumaq kimi dəyərləndirilməlidir.
Azərbaycan dilinin qorunması hər bir vətəndaşın vəzifəsidir, hər kəsin
borcudur. Zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri
arasında xüsusi yeri vardır. Son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr
dilin dəyişilməsinə səbəb olur. Dilin orijinallığının qorunması məsələsi media
ilə bağlı qurumların, eləcədə telekanalların da öhdəsinə yeni vəzifələr müəyyən
edir. Ümummilli lider Heydər Əliyev də öz çıxışlarında Azərbaycan dilinin
saflığının qorunması üçün çağırışlar edir, dilimizin türk dilləri ailəsində
xüsusi müstəqil mövqeyini vurğulayırdı. Ümummilli liderin təşəbbüsü ilə hər il
Azərbaycanda avqustun 1-i Azərbaycan əlifbası və dili günü kimi qeyd olunur
fikirlərini Prezident İlham Əliyev 2021- ci il 6 yanvar tarixində keçirilən tədbirlərin
birindəçıxışı zamanı bildirmişir.
Səbahi Abbasova,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini
Digər xəbərlər