Laçın Beynəlxalq Hava Limanının təməlqoyma mərasimi.
Laçın Beynəlxalq Hava
Limanının təməli Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2021-ci ilin
avqustun 16-də qoyulub. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən
hündürdə yerləşən aeroportu olacaq. Hava limanının tikintisinin 2024-cü
ildə başa çatdırılacağı planlaşdırılır
Təməlqoyma mərasimində çıxış
edən İlham Əliyev deyib ki, azad edilmiş torpaqlarda üç beynəlxalq hava limanı
tikiləcək.
“Artıq Füzulidə və Zəngilanda
bu işlərə start verildi. Füzuli Beynəlxalq Hava Limanı bu ilin sonuna, ya da gələn
ilin əvvəlinə istismara tam hazır olacaq. Zəngilan Hava Limanının istifadəyə
verilməsi tarixi yəqin ki, 2022-ci il olacaq.”
Dövlət başçısı deyib ki,
hava limanından Laçın şəhərinə məsafə 30 kilometrdən bir qədər çox, Kəlbəcər şəhərinə
məsafə isə 60 kilometrdən bir qədər çoxdur. Eyni zamanda, Şuşa şəhərinə məsafə
də 70 kilometrə yaxındır.
Yəni, gələcəkdə Şuşaya təyyarə
ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə etmək
mümkün olacaq. Dediyim kimi, burada böyük torpaq işləri aparılacaq. Bəzi bəzi
boşluqlar doldurulacaq. Yəni, torpaq işləri vaxtımızı aparan əsas işlər
olacaqdır.
Onun firkincə, hava
limanlarının inşası ilə azad edilmiş bölgələrin - Şərqi Zəngəzurun, Qarabağın bərpası,
insanların buraya, bu zonaya qaytarılması üçün yeni imkanlar açılacaq.
“İndi demək çətindir, bu
inşaat nə qədər zaman aparacaq. Ancaq, əlbəttə, biz istəyirik ki, maksimum qısa
müddətdə aparılsın. Lakin bildirmək istəyirəm ki, mal-materialların gətirilməsi
üçün logistik problemlər var. İndi yay başa çatır, bir müddətdən – oktyabr
ayından sonra buralarda qar yağacaq. Mən bunu demək istəməzdim - yollardan
istifadə çətinləşəcək. Hər halda, bu gün bu tarixi hadisə baş verir, biz Laçın
Beynəlxalq Hava Limanının tikintisinə start veririk. Hesab edirəm ki, bu, bir
çoxları üçün gözlənilməz oldu. Bəziləri bunu möcüzə hesab edirdilər. Çünki
sovet dövründə heç vaxt bu bölgədə - Kəlbəcər-Laçın zonasında hava limanı
olmayıb. Məhz bu səbəbə görə. Çünki çox bahalı bir layihə ola bilərdi və məqbul
yer də tapmaq mümkün deyil.”
Əliyevin sözlərinə görə,
Laçın hava limanını inşa edən Azərbaycan şirkəti olacaq.
“Bu da çox sevindiricidir.
Çünki azad edilmiş torpaqlarda yerli şirkətlərin fəal işləməsi önəmli amillərdən
biridir. Bizimlə bərabər, böyük layihələrdə qardaş Türkiyə şirkətləri də fəal
iştirak edirlər.”
Prezident hesab edir ki, Zəngilan,
Laçın, Füzuli hava limanlarının inşa edilməsi və istismara verilməsi bölgənin
canlanmasına gətirib çıxaracaq.
“Bu hava limanlarının həm
yüklər, həm sərnişinlər, eyni zamanda, hərbi təyinatı da, təbii ki, göz önündədir.
Biz daim hazır olmalıyıq, daim öz hərbi gücümüzü artırmalıyıq, hərbi
infrastruktur yaratmalıyıq və yaradırıq, o cümlədən hava limanları bizim hərbi
məqsədlərimizə də xidmət edəcək” .
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Heydər
Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda
xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Həkəri çayının
sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak ediblər.
Prezidentin bütün səfərlərində
olduğu kimi, Laçına son səfəri zamanı da bir çox mühüm obyektlərin açılışı və təməlqoyma
mərasimi bu torpaqların əzəli sakinlərinə bayram ovqatı yaşadır. İşğal dövründə
düşmənin xarabalığa çevrirdiyi Laçın və bütövlükdə Şərqi Zəngəzurda möhtəşəm
quruculuq işləri aparılır. Bu bölgədə artıq minlərlə ailələr yaşayır və doğma
yurdlarında yeni evlərə köçürülmüş vətəndaşlarımız bu böyük xoşbəxtliyi
yaşayır. Prezidentin Laçına səfəri zamanı sakinlər qarşısında çıxışında verdiyi
siyasi mesajlar da bir çox baxımdan mühüm əhəmiyyət kəsb etdi. Ölkəmizin
başçısı müharibədən sonra Azərbaycanın güclənən mövqeyini ifadə edərək bildirdi
ki, heç kim bizim iradəmizə təsir edə bilməz”.
Rəşad Orucov,
YAP Neftçala rayon təşkilatının
fəal üzvü
Digər xəbərlər