“Azərişıq” ASC-nin 35 kilovoltluq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi həm mərkəzləşdirilmiş, həm də müstəqil funksional rejimlərdə istismar imkanına malik olacaq.
2020-
ci ildə davam edən erməni təcavüzlərinə cavab olaraq Ali Baş Komandan sentyabr
27-də hərbi vəziyyət elan etmiş və ll Qarabağ müharibəsi, yəni Vətən müharibəsi
başlamışdır.
Qubadlı
rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Zəngilan şəhəri
oktyabrın 20-də azad olunandan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu
idi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi
birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər
götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə
atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb
edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə
hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq
qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər
ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri
düşməndən təmizləyiblər.
2020-ci
il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis
edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi
uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət
nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15189 hərbi
qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə
“Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
2022- ci il oktyabrın 19-da
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayılda
"Azərişıq" ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal
İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak edib. Dövlətimizin
başçısına məlumat verilərkən bildirildi ki, inşa olunacaq Rəqəmsal İdarəetmə
Mərkəzi 110/35/10 kilovoltluq “Cəbrayıl” yarımstansiyasından qidalanacaq.
Mərkəz Cəbrayıl şəhərinin elektrik enerjisinə olan tələbatının bir hissəsini
təmin etməklə yanaşı, tikintisi nəzərdə tutulan digər güc mərkəzlərinin
rəqəmsal platforma üzərindən idarəetməsini həyata keçirməyə imkan verəcək.
Rəqəmsal İdarəetmə Mərkəzində tətbiq olunacaq müasir dispetçer idarəetmə
sistemi elektrik enerjisinin real vaxt rejimində istehlakçıya çatdırılmasında
abonent məmnunluğunu təmin edəcək.
"Cəbrayıl şəhər" 35/0,4
kilovoltluq yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzi ilə “Hadrut” qovşaq
yarımstansiyası arasında əlaqələndirmə xətləri çəkilməklə dairəvi təchizat
sxemi yaradılacaq. Eyni zamanda, “Qubadlı şəhər” 35/0,4 kilovoltluq
yarımstansiyanı Mərkəzlə birləşdirəcək ikidövrəli kabel xəttinin çəkilməsi
Cəbrayıl və Qubadlı şəhərlərinin qarşılıqlı enerji mübadiləsinə imkan verəcək. Cəbrayıl
Rəqəmsal İdarəetmə Mərkəzinin dispetçer idarəetmə sistemi həm
mərkəzləşdirilmiş, həm də müstəqil funksional rejimlərdə istismar imkanına
malik olacaq.
Emin
Tahirov,
YAP
Neftçala rayon təşkilatı
Ərazi
partiya təşkilartının sədri
Digər xəbərlər