Neftçala rayonunun Bankə qəsəbəsində Günəş elektrik stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsi imzalanıb.
Oktyabrın 26-da Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan Hökuməti ilə
Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında sənədlərin imzalanması
mərasimi olub. Azərbaycan Hökuməti tərəfindən energetika naziri Pərviz
Şahbazov, SOCAR tərəfindən iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının
sədri Mikayıl Cabbarov və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin baş
icraçı direktoru Məhəmməd Cəmil Əl-Ramahi “Azərbaycan Respublikası Hökuməti ilə
“Abu Dhabi Future Energy Company – Masdar” şirkəti arasında Azərbaycan
Respublikasının Neftçala rayonunun Bankə qəsəbəsində Günəş elektrik stansiyası
layihəsi ilə bağlı İnvestisiya müqaviləsi”ni, “Azərbaycan Respublikası Hökuməti
ilə “Abu Dhabi Future Energy Company – Masdar” şirkəti arasında Azərbaycan
Respublikasının Biləsuvar rayonunda Günəş elektrik stansiyası layihəsi ilə
bağlı İnvestisiya müqaviləsi”ni və “Azərbaycan Respublikası Hökuməti ilə “Abu
Dhabi Future Energy Company – Masdar” şirkəti arasında Azərbaycan
Respublikasının Abşeron-Qaradağ rayonunda quruda külək enerjisi layihəsi ilə
bağlı İnvestisiya müqaviləsi”ni imzaladılar.
İmzalanan
müqavilələr həm də ölkərimiz arasında münasibətlərin səviyyəsindən xəbər verir.
Belə ki, iki ölkə arasında münasibətlər bir çox sahədə strateji əhəmiyyət
daşıyır. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o
cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və
elektrik enerjisini ixrac edir. "Masdar" ilə aparılan əməkdaşlıq
Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir.
Cavad
Mirzəyev,
YAP
Neftçala rayon təşkilatının sədr müavini
Digər xəbərlər