Azərbaycanın bərpaolunan enerji mənbələrindən istifadə etməklə atmosferə buraxılan zərərli maddələrin azaldılmasına verdiyi töhfələr dünya üçün nümunədir.
Dünyada baş verən münaqişələr, kataklizmlər
fonunda zəngin karbohidrogen
ehtiyatlara malik olan Ölkəmizin dünya üçün əhəmiyyəti
getdikcə artır. Belə ki, xüsusilə Avrasiya məkanında baş verən geosiyasi
proseslər eyni zamanda ölkələrin enerji təhlükəsizliyini ön plana çıxarıb.
İnkişaf etmiş Avropa dövlətləri etibarlı mənbələr hesabına öz enerji təhlükəsizliklərini
təmin etmək üçün hərəkətə keçiblər. Belə bir zamanda Avropa ilə Asiyanın kəsişməsində
yerləşən və zəngin karbohidrogen ehtiyatlarına malik Azərbaycanın yeni oyunçu kimi çıxış etməsi
milli maraqlarımıza tam cavab verir. Bildiyimiz kimi bu gün Qərbi ən çox
narahat edən tərəfdaşlarının əsasən etibarlı olmamasıdır. Bu baxımdan Ölkə rəhbəri
cənab İlham Əliyevin yürütdüyü xarici siyasət Ölkəmizin və xalqımızın
maraqlarına uyğundur. Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş ölkə kimi
özünü təsdiq edib. Ölkəmiz regional və transmilli layihələrdə mövqeyini aydın
nümayiş etdirib. On illiklər ərzində işğala məruz qalsa da, hər zaman sülhün,
sabitliyin, inteqrasiyanın, qarşılıqlı tərəfdaşlığın tərəfdarı olan, bunu rəsmi
şəkildə bəyan edən Azərbaycan Qalib, qüdrətli ölkə olaraq da öz prioritetlərinə
bu gün də sadiqliyini nümayiş etdirir. Bu baxımdan Avropanın, bütövlükdə
dünyanın Azərbaycana diqqətinin artması təbiidir. Artıq bir neçə ildir ki, Ölkəmizin alternativ enerji sahəsindəki siyasəti,
həyata keçirilən tədbirlər daha böyük hədəflərin olduğunu nümayiş etdirir. Məhz,
Avropa dövlətlərinin alternativ enerji təminatçısı kimi üzünü Ölkəmizə çevirməsi
başadüşülündir. Çünki Azərbaycan, həm də sabit və etibarlı imici ilə diqqət çəkir.
Buna mənada ekspertlərin Azərbaycanı
enerji təhlükəsizliyi məsələsində Avropanın ən yaxşı tərəfdaşı kimi qəbul etmələri
qeyd etdiklərimizin əyani sübutudur. Bir sözlə, “Əsrin müqaviləsi” ilə təməli
Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş enerji siyasətimiz bu gün Müzəffər
Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf
etdirilir. Ölkə başçısı tərəfindən təməli ötən mart ayında qoyumuş, Birləşmiş
Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən tikilmiş 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının bu günlərdə
açılış mərasiminin keçirilməsi qeyd etdiklərimizin bariz sübutudur. Bu gün Azərbaycanın
ekoloji cəhətdən təmiz, sərfəli, ən əsası bərpaolunan enerji mənbələrindən
istifadə etməklə enerji istehsal etməsi gələcək hədəflərimizi göstərir. Xüsusi
vurğulamalı olduğum məqam isə açılış mərasimində
Azərbaycan Respublikası Hökuməti ilə “Abu Dhabi
Future Energy Company – Masdar” şirkəti arasında doğma Neftçalamızın Bankə qəsəbəsində
Günəş elektrik stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsinin
imzalanmasıdir. Bu tarixi məqam Neftçala sakini olaraq bizlərin hədsiz sevincinə
səbəb oldu. İnanırıq ki, bu böyük, xüsusi əhəmiyyətli layihənin reallaşması
ümumilikdə Ölkəmizin enerji potensialına əhəmiyyətli təsir edəcək, ümumi inkişafa töhfə verəcəkdir. Hazırda enerji mənbələrinin şaxələndirilməsi
ilə yanaşı, dünyada enerjiyə tələbatın ətraf mühitə zərər vurmadan ödənilməsi
aktual məsələlərdəndir. Bu mənada Azərbaycanın bərpaolunan enerji mənbələrindən
istifadə etməklə atmosferə buraxılan zərərli
maddələrin azaldılmasına verdiyi töhfələr dünya üçün nümunədir.
Sənan Hacıyev;
Neftçala rayon gənci, Vətən Müharibəsi
qazisi
Digər xəbərlər