Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 19,2 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 10,1 min şəxs özünüməşğulluq proqramına cəlb olunub.
Hərbçilər, qazilər və şəhid
ailələri Azərbaycan dövlətinin hər zaman xüsusi diqqət və qayğısı altındadır.
Çünki torpaqları işğal olunmuş bir ölkənin ərazi bütövlüyünü qoruyanlar və haqq
savaşını verənlər onlardır: düşmənlə ağır döyüşə girir, Vətənin azadlığı üçün
şəhidlik zirvəsinə yüksəlir, torpaqları geri qaytarmaq naminə sağlamlıqlarından
keçib əlil olurlar. Dövlət öz növbəsində ölkənin müstəqilliyini, konstitusiya
quruluşunu və ərazi bütövlüyünü qoruyarkən şəhid, yaxud əlil olmuş insanlara
layiqli yanaşma nümayiş etdirir. Özü də ayrı-seçkilik qoymadan: həm I Qarabağ,
həm də II Qarabağ müharibəsinin ağır nəticələri ilə üzləşənlərə həssas
münasibət göstərmək prinsipini qoruyub saxlayır.
Müzəffər Ali Baş Komandan
İlham Əliyevin tapşırığı ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların
ailə üzvlərinin, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan
Ordusunun hərbçilərinin, qazilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi, o
cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata
keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir. Müzəffər Ali Baş
Komandanı İlham Əliyevin göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları
ilə bağlı icra olunan geniş sosial dəstək proqramı artıq 124 min şəxsi əhatə
edib. İndiyədək onlara dəstək yönümlü 300 min xidmət göstərilib. Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan bu paket çərçivəsində
postmüharibə dövründə şəhid ailələri
üzvləri və müharibə iştirakçıları olan 19,2 min şəxsin məşğulluğu təmin edilib,
o cümlədən 10,1 min şəxs özünüməşğulluq proqramına cəlb olunub.
Elnur Səfərov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri
Digər xəbərlər