Ermənistana göndərilmiş mesaj. Bizi heç kim və heç nə dayandıra bilməz, Qarabağ Azərbaycan torpağıdır və burada vəziyyəti biz diktə edirik.
Azərbaycan illərlə Qarabağ probleminin qan tökülmədən həllini tapmağa
çalışırdı. Lakin Ermənistanın təxribatçı hərəkətləri məsələnin müharibə
yolundan başqa həll yolu qoymadı. Nəticədə 44 günlük müharibədə Azərbaycan
xalqı və onun ordusu tam bir Zəfər nümayiş etdirdi. Elə bir qələbə qazanıldı
ki, müasir hərb sənətində mahir olanlar belə Şuşa əməliyyatına mat qaldılar.
Azərbaycan xalqı nəyə qadir olduğunu bir daha dünyaya göstərdi.
Cənab
Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik qabiliyyəti və
yenilməz cəsarəti, ordumuzun şücayəti qarşısında düşmən düz çökdü. Ermənistanı
kapitulyasiya aktına imza atdı. Ulu Öndər Heydər Əliyevin Ata vəsiyyətini,
arzusunu Prezident, Ali Baş Komandan İlham Əliyev ləyaqətlə yerinə yetirdi.
8 Noyabr Zəfər Gününün 3-cü ilində
Xankəndidə böyük Zəfər aparadı keçirildi. Xankəndidə keçirilən hərbi parad
qələbənin məntiqi nəticəsidir. Xankəndində keçirilən parad bir daha göstərdi
ki, Azərbaycan xalqı yenilməzdir, onun güclü ordusu, Müzəffər Ali baş Komandanı
və Vətənə bağlı olan, hər qarış torpaq uğrunda ölməyə hazır olan oğulları var!
Möhtəşəm paradda çıxış edən ölkə başçısı bu günə qədər baş verən prosesləri
təhlill edərək dedi: “İyirmi il
bundan əvvəl Prezident kimi öz fəaliyyətimə başlayanda əziz xalqıma
bildirmişdim ki, biz torpaqlarımızı müharibə yolu ilə azad etməyə hazır
olmalıyıq. O vaxt hələ sülh danışıqlarına müəyyən ümidlər var idi. Ancaq illər
keçdikcə bu ümidlər tükənirdi. Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan
çıxmaq istəmirdi. Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə məşğul
olmuş vasitəçilər faktiki olaraq vəziyyəti dondurmağa çalışırdılar, hesab
edirdilər ki, Azərbaycan xalqı bu vəziyyətlə barışacaq. Ancaq Azərbaycan xalqı
heç vaxt bu vəziyyətlə barışmaq fikrində deyildi və mən dəfələrlə bunu müxtəlif
kürsülərdən bəyan etmişdim ki, biz bu vəziyyətlə barışmayacağıq. Azərbaycan
torpağında ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcəyik,
danışıqlar nəticəsiz başa çatsa, güc tətbiq edərək beynəlxalq hüquq əsasında öz
doğma torpaqlarımızı döyüş meydanında işğalçılardan azad edəcəyik. Əgər
Ermənistan rəhbərliyi və onun arxasında o vaxt və bu gün duran bəzi xarici
qüvvələr mənim sözlərimə qulaq assaydılar, İkinci Qarabağ müharibəsinə ehtiyac
qalmazdı. Mən dəfələrlə deyirdim, Ermənistan rəhbərliyinə müraciət edərək
deyirdim ki, əgər siz bizim torpağımızdan çıxmasanız, döyüş meydanında bizimlə
üz-üzə gələcəksiniz və sizin arxanızda kim istəyirsə dursun, bu, bizi haqq
yolumuzdan döndərə bilməz. 44 günlük Vətən müharibəsi bunu bir daha
göstərdi".
Son üç ildə baş verən hadisələri bir daha
xatırladan cənab prezident bütün səylərə baxmayaraq ermənilərin revanşist
siyasət yürüdərək yeni işğal planları həyata keçirmək cəhdlərini xatırladaraq
bildirdi: “Son üç il ərzində
keçirilmiş hərbi əməliyyatlar, o cümlədən Fərrux əməliyyatı, Sarıbaba-Qırxqız
əməliyyatı və digər hərbi əməliyyatlar həm bizim strateji mövqelərimizi böyük
dərəcədə yaxşılaşdırmışdır. Eyni zamanda, Ermənistana göndərilmiş bir mesaj idi
ki, bizi heç kim və heç nə dayandıra bilməz, Qarabağ Azərbaycan torpağıdır və
burada vəziyyəti biz diktə edirik və siz dərhal silahlı qüvvələrinizi bizim
torpaqlarımızdan çıxarmalısınız.
Oqtay Kərimov,
YAP Neftçala rayon təşkilatının veteran üzvü
Digər xəbərlər