Sentyabr ayında keçirilmiş antiterror tədbiri bir gündən də az çəkdi.

2023-11-13 Baxış: 321
img

Prezident İlham Əliyev: “Azərbaycan xalqı uzun illər ərzində işğal dövründə bir nöqtəyə vururdu ki, tezliklə bizim torpaqlarımız işğalçılardan azad edilsin”

Noyabrın 8-də Azərbaycanın Zəfər Günün 3-cü ildönümünün Xankəndində paradla qeyd edilməsi növbəti Qələbəmizin təntənəsi idi. 5 qitədə yaşayan soydaşlarımız bu paradı çox böyük qürur hissi iə izlədilər. Bu paradla həm də bir daha Qarabağ üzərində qələbəmizi dünyaya sübut etmiş olduq. Həmin gün şəhidlərin ruhunun şad olduğu gün idi. Şəhidlərin valideynlərinin, yaxınlarının, ümumiyyətlə, dünya azərbaycanlılarının bir təsknliyi var idi ki, ərazi bütövlüyümüz uğurunda canlarını fəda edələrin qanı yerdə qalmadı. Azərbaycan Ordusu düşməndən öz qisasını aldı. Məhz buna görə də parada başlamamışdan öncə, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Prezident İlham Əliyev paraddakı çıxışında xüsusi olaraq qeyd etdi ki, bu günü bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan qovmuşdur: “Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdır”.

Azərbaycan son 3 il ərzində ordusunu gündən-günə gücləndirirdi. Ermənilərin istənilən terror və separatçı əməllərinə cavab verilirdi. Sentyabrın 19-da isə antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir. Bu haqda Ali Baş Komandan bildirdi ki, sentyabr ayında keçirilmiş antiterror tədbiri bir gündən də az çəkdi: “Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək, bütün strateji yerlərə çıxaraq, qısa müddət ərzində o əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu. Nəinki təslim oldu, hətta 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qondarma rejimə də xitam verildi, o rejim də süqut etdi, halbuki bu, qanunsuz rejim idi”. Xatırladaq ki, 15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırılıb.

Paradda Azərbaycan Prezidentinin çıxışından sonra Silahlı Qüvvələrin parad heyətlərinin hərbi orkestrin müşayiəti ilə təntənəli keçidi başlayıb. Silahlı Qüvvələrin parad heyətləri Azərbaycan Respublikasının Dövlət Bayrağını və Şuşa şəhərinə sancılan – Qələbənin rəmzinə çevrilən Zəfər Bayrağı altında tribunaya doğru irəliləyiblər. Ardınca Azərbaycan Ordusunun və qoşun növlərinin, lokal xarakterli antiterror tədbirlərində iştirak etmiş hərbi birləşmələrin döyüş bayraqları Xankəndi şəhərinin mərkəzi meydanına gətirilib. Parad heyətlərinin keçidindən sonra antiterror tədbirləri zamanı müsadirə olunan hərbi texnikaların kiçik bir qismi qoşqular üzərində Xankəndi şəhərinin mərkəzi meydanına gətirilib. Müsadirə edilmiş hərbi texnikaların və nəqliyyat vasitələrinin nömrə nişanlarından hazırlanan və üzərində “Zəfər” sözü həkk edilən lövhə nümayiş olunub.

Rəhim İmanov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri