Yeni kommunikasiya layihələri üçün zəmin yaratmış müqavilə.
İmzalanmış
Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar
Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşməsi tarixi
hadisə olacaqdır. Üçtərəfli Bəyanatda öz əksini tapmış ən mühüm məqamlardan
biri də Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında
quru yolla kommunikasiyalarının yaradılmasıdır.
Heç şübhəsiz
ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında
avtomobil və dəmiryolu kommunikasiyalarının yaradılması Azərbaycan, eləcə də
region üçün yeni gələcək vəd edir. Bəyanatda bildirilir ki, köhnə
kommunikasiyaların, yolların açılması ilə yanaşı eyni zamanda burada yeni
nəqliyyat kommunikasiya infrastrukturu yaradıla bilər və artıq bu istiqamətdə
də işlər görülür. Qeyd etmək lazımdır ki, bu bənd birbaşa Prezident İlham
Əliyevin təkidilə bu bəyanata salındı. Çünki birbaşa münaqişə ilə bu bəndin heç
bir əlaqəsi yox idi. Beləliklə Naxçıvan Muxtar Respublikasını Azərbaycanla,
Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi
addım atıldı. İmzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri
vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru
yollarla birləşdirməsi tarixi hadisə olacaqdır.
Regionun
inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun
yaradılması Azərbaycanın tarixi missiyasıdır. Azərbaycan Prezidenti cənab İlham
Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, bu gün Cənubi Qafqazda tamamilə
yeni reallıqlar yaranıb. Əlbəttə ki, bu reallıqların müəllifi Vətən
müharibəsində tarixi Qələbə qazanan Azərbaycandır. Məhz bu səbəbdən də regional
inkişaf və əməkdaşlıq perspektivləri mövzusunda aparılan müzakirələrdə ölkəmiz
əsas kilid nöqtəsi kimi çıxış edir.
Fətulla Muradov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini
Digər xəbərlər