Neftçalada Nəsiminin 650 illik yubileyi qeyd olunub.

2019-05-15 Baxış: 1283
img

15.05.2019

15 may 2019-cu il tarixində Neftçala rayon Dövlət Rəsm Qalereyası tərəfindən böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.

MAYAKİNFO xəbər verir ki, Neftçala rayon Mədəniyyət Mərkəzində keçirilən tədbiri giriş sözü ilə Qalereyanın əməkdaşı Sona Haxıyeva açaraq Nəsimi haqqında tədbir iştirakçılarına geniş məlumat vermiş, daha sonra Samid İmanov adına Neftçala şəhər 1 saylı tam orta məktəbin 8-ci sinif  şagirdləri Nəsimi kinosundan Şirvanşah İbrahim şahla Nəsiminin görüşü səhnəsini tədbir iştirakçıları üçün canlandırmış və Nəsimi əsərlərindən qəzəllər səsləndirmişlər. Tədbirdə həmçinin şagirdlərin əl işlərindən ibarət rəsmlər, miniatür sənət nümunəsi və İmadəddin Nəsimin yağlı boya ilə işlənmiş portreti sərgilənmişdir. Daha sonra şagirdlər Nəsimi kinosundan edam səhnəsi ilə bir daha məsləki uğrunda dara çəkilib dərisi soyulan, son nəfəsində belə öz sözündən dönməyən bu mərd insanın faciəli ölümünü tədbir iştirakçılarına nümayiş etdirmişlər. Tədbirin sonunda aparıcısı Sona Haxıyeva yekun sözü ilə çıxış edərək  əməyi keçən hər kəsə - başda Qalereyanın direktoru  Nigar Abdullayeva olmaqla qalereyanın bütün işçi heyətinə, Mədəniyyət Mərkəzinin direktoru Gülər Mirzəyevaya və  Samid İmanov adına 1 saylı tam orta məktəbin direktoru Ülviyyə Abdullayevaya və məktəbin şagirdlərinə təşəkkürünü bildirmişdir.