Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana dövlət səfərinə gedib

2024-08-23 Baxış: 39
img
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 22-də Özbəkistan Respublikasına dövlət səfərinə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşıladılar.