4:21
Uğurlu təcrübənin inkişaf etdirilməsi ənənəsi

Uğurlu təcrübənin inkişaf etdirilməsi ənənəsini davam etdirən Ulu Öndər
1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra təhsilimizin ötən əsrin 70-80-ci illərində
mövcud olmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi
də davam və inkişaf etdirilməyə başladı.Dövlət hesabına xaricdə təhsil alan gənclərin
sosial durumu daim Ulu Öndərin diqqət mərkəzində idi. 2003-cü ildə dünyanın
inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı
gənc təhsil alırdı. Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı
tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait
ayrılmışdı. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək
üçün Ulu Öndər ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış
abituriyentlərlə şəxsən görüşüb, onlara “Prezident təqaüdü”nün verilməsi barədə
qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsidir.1996-cı il
fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər
Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci
hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi
haqqında düşünməlidir”.Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə
edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının
mühüm istiqamətlərindən biri idi. O, vurğulayırdı: “Azərbaycanın dövlət müstəqilliyi
daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət
müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və
öz xidmətlərini göstərməlidir”.Ulu Öndərin gənclər siyasəti onun layiqli siyasi
davamçısı, ölkə rəhbəri İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Məhz
dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində
özünə, öz gücünə, istedadına inam hissi artıb. Prezident İlham Əliyevin gənclərin
potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə,
gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin
göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər
siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin
aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait
yaradıb.Prezident İlham Əliyevin təşəbbüsü ilə 2011-ci il 19 dekabr tarixində
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılmışdır.
Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər
sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə
həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi
qoyulub. 2018-ci ildə Fond yenidən təşkil edilərək Azərbaycan Respublikasının Gənclər
Fondu adlandırılıb.İnformasiya müharibəsinin ön cəbhəsində duran Azərbaycan gəncliyi
də çoxlarına örnəkdir. Vətən müharibəsi dövründə bizim gənclərimiz sosial şəbəkələrdə
çox fəal oldular və müharibə zamanı gedən informasiya müharibəsində də Azərbaycan
qalib gəldi. İnformasiya müharibəsinə təkcə Azərbaycan vətəndaşları yox, dünya
azərbaycanlıları da qoşuldular - könüllü olaraq, öz təşəbbüsləri ilə. Birgə səylərin
nəticəsində Azərbaycan informasiya məkanında üstünlük əldə etdi. Əsasən gənclərdən
ibarət sosial şəbəkə istifadəçiləri şəbəkələrdə üstünlüyü əldə edərək
paylaşılan məlumatın həqiqi və təsirliliyinə nail oldular.Rəşadətli Azərbaycan
Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz
adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların rəşadəti
sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi,
xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Müstəqillik
dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi
hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etdilər.Vətən müharibəsində
iştirak etmiş hər bir igid gəncinə Azərbaycan xalqı minnətdardır.Gənclərin
rifahına xidmət edən əsas Dövlət Proqramları zaman getdikcə öz bəhrəsini verəcək.
Suverenliyini öz gücü ilə, iradəsi ilə, peşəkar ordusu ilə bərpa etmiş Azərbaycan
dövləti hər zaman gənclərinə dəstəkdir, gənclərin rifahı dövlət üçün
prioritetdir.
Lamiyə Abdullayeva,
YAP Neftçala rayon təşkilatının
fəal üzvü
Digər xəbərlər



