Azərbaycan–Vyetnam dostluğu yeni mərhələyə qədəm qoyur.

6
may 2025-ci il tarixində Prezident İlham Əliyev Vyetnamın nüfuzlu “Vietnam News
Agency” agentliyinə geniş müsahibə verib. Bu müsahibə sadəcə diplomatik bəyanat
deyil, iki dost ölkə arasında əməkdaşlığın yeni səhifəsinin başlanğıcıdır.
Prezident
İlham Əliyev Azərbaycanla Vyetnam arasında olan dostluğun tarixi köklərindən bəhs
edərək, xüsusilə də 1959-cu ildə Ho Şi Minin Azərbaycana səfərini və 1983-cü
ildə ümummilli lider Heydər Əliyevin Vyetnama etdiyi səfəri xatırladıb. Bu səfərlər
yalnız protokol xarakterli deyildi – onlar xalqlar arasında hörmət və inamın təməlini
qoymuşdu.
İlham
Əliyev qeyd etdi ki, təkcə 2024-cü ildə Azərbaycanla Vyetnam arasında ticarət
dövriyyəsi 223.93 milyon dollara çatıb. Bu rəqəm, ölkələrimiz arasında iqtisadi
potensialın necə sürətlə artdığını göstərir. Neft sahəsində əməkdaşlıq artıq
başlayıb və digər sahələr üçün də geniş imkanlar mövcuddur.
2024-cü
ildə Bakıda nümayiş etdirilən “Əfsanə Yaradıcıları” filmi, Ho Şi Minin Azərbaycana
səfərinin 65 illiyi ilə bağlı keçirilən tədbirlər və “Vyetnam Günləri” kimi mədəni
layihələr xalqlarımızı daha da yaxınlaşdırıb. Bu, sadəcə tədbir yox, iki xalqın
bir-birinə duyduğu hörmətin və marağın təzahürüdür.
Prezident
Əliyev Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında
münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. Bu əməkdaşlıq təkcə siyasi
yox, həm də ideoloji və insani dəyərlərə söykənir.
Söhbət
zamanı Prezident həmçinin Azərbaycanın və Vyetnamın beynəlxalq platformalarda –
xüsusən də Qoşulmama Hərəkatında bir-birini daim dəstəklədiyini diqqətə
çatdırıb.
Bu
müsahibə bir daha göstərdi ki, Azərbaycan uzaq coğrafiyalarda belə dostlarını
unutmur və dünya ilə əməkdaşlığa daim açıqdır. İlham Əliyevin səmimi fikirləri
isə bu dostluğun təkcə dövlətlərarası deyil, həm də xalqlararası olduğunu bir
daha sübut etdi.
Həcərxanım
Nəzərova,
Hacıqabul
rayon Heydər Əliyev Mərkəzinin əməkdaş, YAP fəalı.
Digər xəbərlər



