Azərbaycan Vyetnam əlaqələrinin inkişafı üçün böyük potensial var.

Coğrafi
cəhətdən uzaq məsafədə olmalarına baxmayaraq, Azərbaycan və Vyetnam 66 ilə söykənən
tarixi dostluq, tərəfdaşlıq münasibətlərinə malikdir. İki ölkə əsas sektorlarda
praqmatik yanaşma və ümumi maraqlara əsaslanan davamlı və qarşılıqlı faydalı əlaqələr
qurur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist
Respublikasının “Vietnam News Agency” agentliyinə verdiyi müsahibə zamanı bu məsələyə
xüsusilə toxunaraq bildirdi ki, Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq
tarixə malik dostluq münasibətləri birləşdirir.
Azərbaycan
– Vyetnam münasibətlərini təhlil edərkən Azərbaycan xalqının Ümummilli Lideri,
Vyetnamın böyük dostu Heydər Əliyevin rolunu xüsusilə qeyd etmək lazımdır. Onun
bu ölkəyə səfəri Vyetnam üçün olduqca böyük, başqa sözlə, həyati əhəmiyyəti var
idi. Əlbəttə ki, Fransa işğalından, ABŞ ilə dəhşətli müharibədən, eləcə də digər
dövlətlərin müdaxiləsindən sonra da, Vyetnam regionda gedən geosiyasi proseslər
fonunda yenə ciddi təhdidlə üzləşmişdi. Belə bir məqamda dahi Heydər Əliyevin səfəri
Vyetnam xalqı və hökuməti üçün böyük dəstək ifadə edirdi. Prezident İlham
Əliyevin də qeyd etdiyi kimi: “1959-cu ildə Vyetnam Demokratik Respublikasının
Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. O dövrdə SSRİ Nazirlər Soveti
Sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər
Əliyev 1983-cü ildə Vyetnamda səfərdə olub. Şübhəsiz ki, bu əlamətdar səfərlər
ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib”.
Azərbaycan
ilə Vyetnam ölkələrin milli maraqlara hörmət və beynəlxalq hüquq normalarına
sadiqlik prinsipləri əsasında sıx əməkdaşlıq edir. Beynəlxalq və regional təşkilatlarda,
o cümlədən BMT-də, Qoşulmama Hərəkatında, Asiyada Qarşılıqlı Fəaliyyət və
Etimad Tədbirləri üzrə Müşavirədə bir-birinə dəstək verirlər. Ölkələrimiz
arasında münasibətlərin inkişafında iqtisadi-ticari və elmi-texniki əməkdaşlıq
üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının fəaliyyəti əhəmiyyətli
rol oynayır. Həmçinin 2023-cü ilin noyabrında Hanoyda Yeni Azərbaycan Partiyası
ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlıq sazişinin imzalanması
münasibətlərin inkişafına təkan verir.“Azərbaycan ilə Vyetnam arasında əlaqələr
əsas sahələri - enerji, ticarət, nəqliyyat, elm, təhsil və mədəniyyət sahələrini
əhatə etməklə ardıcıl şəkildə inkişaf edir.
Vyetnam
Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Bakıya səfəri ikitərəfli
dialoqda mühüm mərhələdir və tərəfdaşlığın dərinləşdirilməsində qarşılıqlı
marağı simvollaşdırır. Bir tərəfdə artan sənaye potensialı ilə inkişaf etməkdə
olan Vyetnam, digər tərəfdən isə strateji mövqeyə malik, yüksək logistika və
enerji potensialına malik Azərbaycan var. Bu bir-birini tamamlayan üstünlüklər
hər iki ölkənin maraqlarına cavab verən əməkdaşlığın yeni mərhələsi üçün möhkəm
zəmin yaradır. Dəyişən qlobal iqtisadi arxitektura və bir çox ölkələrin xarici
iqtisadi əlaqələri şaxələndirmək səyləri kontekstində Vyetnamın Azərbaycanla əməkdaşlığa
marağı təbii görünür. Bakıda keçiriləcək danışıqlar tərəfdaşlığın keyfiyyətcə
yeni səviyyəsinə - daha strukturlaşdırılmış, strateji və uzunmüddətli nəticələrə
yönəldilmiş mərhələyə keçmək üçün başlanğıc nöqtəsi ola bilər”.
Hökmalı
Mirzəyev,
Yeni
Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədr müavini
Digər xəbərlər



