Neftçalada mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb

2019-05-23 Baxış: 1440
img

23.05.2019

Ələt-Astara magistral yolunda ölümlə nəticələnən avtoqəza baş verib.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə səhər saatlarında magistral yolun 90-cı kilometrliyində - Neftçala rayonu ərazisində qeydə alınıb.

“Ford” markalı mikroavtobus "KaMAZ” markalı yük maşınına çırpılıb. Nəticədə mikroavtobusda olan Yardımlı sakinləri - 1998-ci il təvəllüdlü Yaqubov Cavid Əlizadə oğlu, 1975-ci il təvəllüdlü Məhərrəmov Rövşən Qənbər oğlu, sürücü - 1971-ci il təvəllüdlü Mirzəyev Səlim Müzəffər oğlu və 1991-ci il təvəllüdlü Əliyev Azər Zəfər oğlu hadisə yerində dünyasını dəyişib.  Qəza zamanı yaralanan iki nəfər Cəlilabad rayon xəstəxanasına yerləşdirlib.

Faktla bağlı Baş DYP İdarəsi tərfindən araşdırma aparılır.