Yevlaxda tələbələrin olduğu mikroavtobusun aşması nəticəsində ölənlərin sayı artıb

2019-05-23 Baxış: 771
img

23.05.2019

Yevlax rayonunun Xaldan qəsəbəsi ərazisində "Mercedes" markalı mikroavtobusun aşması nəticəsində daha bir nəfər xəstəxanada dünyasını dəyişib.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, Mingəçevir xəstəxanasına çatdırılan yaralılardan gənc bir qız orada keçinib.

Ümumilikdə isə qəza nəticəsində bir nəfərin hadisə yerində dünyasını dəyişdiyi, daha 7 nəfərin yaralı halda Yevlax xəstəxanasına, 3 nəfərinsə Mingəçevir xəstəxanasına çatdırıldığı məlumdur.

Qəzada ölənlərdən birinin kimliyi məlum olub. Bu,  Musayeva Səadət Məzahir qızıdır.O Mingəçevir şəhər xəstəxanasına aparılarkən keçinib.

***

Saat 08:38

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı 1 nəfər ölüb, 10 nəfər yaralanıb.

ONA-nın Mingəçevir bürosunun xəbərinə görə, hadisə Xaldan qəsəbəsi ərazisində qeydə alınıb.

Bildirilir ki, Yevlax-Xaldan-Mingəçevir istiqamətlərində hərəkət edən "Mercedes" markalı mikroavtobus rayonun Xaldan istiqamətində hərəkətdə olarkən təkəri partlayıb və avtobus idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində, ilkin məlumata görə, adı hələlik dəqiqləşdirilməmiş oğlan sərnişin yerindəcə dünyasını dəyişib. Əlavə olaraq 7 yaralı Yevlax, 3 yaralı isə Mingəçevir xəstəxanasına aparılıb.

Qəzaya düşənlərin əsaəsn Mingəçevirdə təhsil alan yevlaxlı tələbələr olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.