Neftçala rayonu üzrə dövlət qulluqçuları barədə statistik məlumatlar

2025-06-23 Baxış: 153
img

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qəbulundan ötən dövr ərzində dövlət qulluğu sahəsində geniş qanunvericilik bazası yaradılmış, həyata keçirilmiş islahatlar nəticəsində Azərbaycanda müasir dövlət qulluğu sistemi formalaşmış, dövlət qulluqçularının peşəkarlığının və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə zəruri addımlar atılmışdır.


       2025-ci il yanvarın 1-nə Neftçala rayonunda dövlət qulluqçularının sayı 105 nəfər olmuşdur ki, onlarında da 21,9 faizini qadınlar təşkil edir.


       Dövlət qulluqçularının 1,9 faizi 4-cü təsnifat, 1,9 faizi 5-ci təsnifat, 6,7 faizi 6-cı təsnifat, 79,0 faizi 7-ci təsnifat və 10,5 faizi  isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləmişdir. 


       Dövlət qulluqçularının 1,9 faizi 1 ilədək, 26,7 faizi 1 ildən 5 ilədək, 27,6 faizi 5 ildən 10 ilədək, 25,7 faizi 10 ildən 15 ilədək, 18,1 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.


       Dövlət qulluqçularının 8,6 faizini 25-29 yaşadək, 14,3 faizini 30-34 yaşda, 20,0 faizini 35-39 yaşda, 10,5 faizini 40-44 yaşda, 9,5 faizini 45-49 yaşda, 12,4 faizini 50-54 yaşda, 7,6 faizini 55-59 yaşda, 13,3 faizini 60-64 yaşda, və 3,8 faizini isə 65 yaş və yuxarı  yaşda olan şəxslər təşkil edir.


      2024-cü ildə dövlət qulluqçularının orta aylıq nominal 1287,0  manat təşkil etmişdir.                      Ümumilikdə, 2025-ci il yanvarın 1-nə dövlət qulluqçuları rayon iqtisadiyyatında muzdla  çalışan işçilərin 1,7 faizini təşkil edir.

 

     Şahin Mənəfov,

    Neftçala Rayon Statistika İdarəsinin rəisi