Azərbaycan Respublikası və Serbiya Respublikası arasındakı ikitərəfli münasibətlər.

2026-02-18 Baxış: 19
img

Azərbaycan dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələrini ümummilli mənafelərə əsaslanan xətlə inkişaf etdirməkdədir. Ölkəmizin Cənubi Qafqazdakı yerini və rolunu, iqtisadi potensialını düzgün qiymətləndirən nüfuzlu dövlətlər də respublikamızla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərirlər. Azərbaycanla əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olan ölkələrdən biri də Serbiyadır.

İki ölkə arasında əlaqələrin inkişafına təkan verən mühüm amillərdən biri də Belqradın Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlər sırasında olmasıdır. Rəsmi Belqradın belə bir qərar qəbul etməsi dövlət müstəqilliyini yenicə bəyan etmiş Azərbaycan üçün müstəsna əhəmiyyət daşıyırdı. Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlər isə 21 avqust 1997-ci ildə qurulmuşdur.

Həqiqətən də hər iki ölkə arasında əlaqələrin dinamikası çox müsbətdir.Həm Serbiya, həm də Azərbaycan öz resurslarına arxalanan, müstəqil siyasət aparan və bir-biri ilə sıx əlaqədə olan ölkələrdir deməsi bunu bir daha təsdiq edir.

Bu gün qətiyyətli şəkildə vurğulamaq olar ki, Azərbaycan respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra dünya dövlətləri ilə inkişafyönümlü əlaqələrin qurulmasına xüsusi önəm verir. Beləki, müxtəlif regional və beynəlxalq təşkilatlarla əməkdaşlıq ölkəmizin xarici siyasət kursunun əsas isiqamətlərindən biridir. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, son illərdə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır.

Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Serbiya Respublikası ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycan xarici siyasətinin ən vacib inkişafyönümlü fəaliyyət istiqamətlərindən biridir. Serbiya - Azərbaycan arasında iqtisadi, ticarət, sənaye əlaqələrinin genişləndirilməsi, kənd təsərrüfatı, enerji, investisiya, müdafiə sənayesi və digər sahələrdə əlaqələrin gücləndirilməsi hər iki dövlətin böyük potensiala malik olduğunu, uzaqgörən, qətiyyətli, müdrik lider tərəfindən idarə olunduğunu göstərir. İki ölkə arasında münasibətlərin inkişafına dövlət başçılarının mütəmadi görüşləri təkan verir və strateji tərəfdaşlıq zəmnində qurulmuş münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlir, ikitərəfli əməkdaşlığın qurulmasına yeni işıqlı yollar açır.Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan-Serbiya münasibətləri yüksələn xətt üzrə inkişaf edəcəkdir.

 

 

Arzu Zərbəliyeva,

YAP fəalı, Hacıqabul rayon Mərkəzi Kitabxananın əməkdaşı.