Xocalı Soyqırımı- xalqımıza qarşı törədilmiş amansız gecə.

İkinci
Dünya Müharibəsindən etibarən tarixin ən fəlakətli soyqırımları həyata
keçirilib. Təəssüflər olsun ki, sülh və bəşəriyyətin əleyhinə olan cinayətlər
müasir dövrümüzdə də davam edib və Azərbaycanın tarixində də qanlı yaraya
çevrilib.
Azərbaycan
xalqı 1992-ci ilin fevralında erməni cəlladlarının Xocalıda törətdiyi
soyqırımına məruz qaldı: ölən uşaqların, təcavüzə məruz qalan qadınların, yaşlı
insanların kəsilmiş cəsədlərinin, yerə səpələnmiş donmuş meyitlərinin görüntülərinə
dəhşətə gətirirdi. Yüzlərlə xüsusi amansızlıqla oldürülmüs insanlarla, ailələrlə
yanaşı saysız-hesabsız insanlar girov goturulmüşdür ki, indiyə qədər də onların
aqibətindən xəbər yoxdur. Soyqırım aktı nəticəsində Xocalı şəhəri tamamilə məhv
edildi. Ermənistan hökuməti tərəfindən düşünülmüş terror siyasətinin bir hissəsi
olan Xocalı hadisəsi mülki insanları öldürmək və qorxutmaq yolu ilə onları bölgədən
qaçırmaq cəhdi idi.
"Genosid”
termini beynəlxalq hüquqda qəsdən və sistemli şəkildə dövlətin milli, irqi,
dini, siyasi və etnik qrupunun tam və hissəvi şəkildə məhv edilməsi” kimi
tanınır. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının soyqırım cinayətinə
öz tərifi var. Belə ki, bu, qətl anlayışı ilə yanaşı, insanların yaşamaq
hüququnun inkar edilməsi kimi də xarakterizə edilir. Bunlar isə öz növbəsində
soyqırımın “əhalinin qəsdən məhv edilməsi cəhdi” olduğunu bir daha sübut edir və
genosidi “kütləvi qırğın” anlayışından tamamilə ayırır. Xocalı faciəsinin Azərbaycan
xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmiş ulu öndər Heydər Əliyev
hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zəruriliyini
vurğulamış, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün əməli səy göstərmişdir.
Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə
də bu soyqırımına obyektiv qiymətin verilməsi bu gün Azərbaycanın xarici siyasətinin
prioritetlərindən biri olaraq müəyyənləşdirilib və bu istiqamətdə davamlı
olaraq addımlar atılmaqdadır.
Həyata
keçirilən tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun gördüyü işləri xüsusi
qeyd etmək lazımdır. Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən
“Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində bu qırğının Azərbaycan
xalqına qarşı törədilmiş soyqırım aktı kimi tanınması üçün sərgilər, təqdimatlar
keçirmiş, kitablar, müxtəlif dillərdə çap olunmuş jurnal və qəzet materialları
nümayiş etdirilmiş, müxtəlif şəhərlərdə mitinqlər və konfranslar baş tutmuş,
“Xocalı soyqırımı: siyasi, hüquqi və psixoloji aspektlər” mövzusunda dəyirmi
masalar və sosial şəbəkələrdə onlayn kampaniyalar keçirilmişdir. Bu günə qədər
onlarla ölkədə uğurla fəaliyyət göstərən bu kampaniyaya 120 mindən çox insan və
115 təşkilat qoşulub.Xocalıda yaşanan dəhşət və həmin gecənin canlı şahidləri
ilə müsahibələr dünyanın bir çox milli və beynəlxalq səviyyəli kitab, jurnal, qəzet
və məqalələrində yer almışdır. Bunlarla yanaşı Xocalı genosidinin əsl təşkilatçısının
Ermənistan hökuməti olduğunu danılmaz bir fakt olaraq dünyaya təqdim edən əsas
məqam isə onların öz fikirləri ilə etiraf olunmuş kitab və müsahibələridir.
Keçmiş
erməni lideri Serj Sarqsyan 2004-cü ildə ingilis jurnalisti Tomas de Vaala
verdiyi müsahibədə: “Xocalıdan əvvəl azərbaycanlılar bizim zarafat etdiyimizi
düşünürdülər; ermənilərin mülki əhaliyə qarşı əl qaldıra bilməyən insanlar
olduğunu düşünürdülər. Biz bunun əksini sübut edə bildik…” sözləri ilə Xocalı qətliamında
Ermənistan hökumətinin birbaşa iştirakı olduğunu öz sözləri ilə sübut etmişdir.
Xocalı qətliamının tanınması və Xocalı cinayətinin qatillərinin beynəlxalq
arenada öz cəzalarını alması, sadəcə o qanlı gecədə qurban olan insanların
hüquqlarının yerinə yetirilməsi deyil, həmçinin gələcəkdə insanlığa qarşı baş
verə biləcək soyqırımların və qırğınların qarşısının alınmasıdır.
Maya
Qənbərova
YAP
fəalı, Hacıqabul Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşı.
Digər xəbərlər



