Bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır.

Cənubi
Qafqaz son onilliklərdə münaqişələr, geosiyasi rəqabət və təhlükəsizlik riskləri
ilə xarakterizə olunan mürəkkəb region kimi tanınıb. Lakin 2020-ci ildə 44
günlük müharibə və 2023-cü ildə 23 saatlıq anti-terror əməliyyatında Azərbaycanın
qələbəsi Cənubi Qafqazda yeni reallıqlar yaratdı. O zamandan bəri müşahidə
olunan dinamika göstərir ki, bölgə tədricən yeni mərhələyə-əməkdaşlıq və
sabitlik mərhələsinə keçid edir. Qlobal miqyasda münaqişələrin artdığı, beynəlxalq
təhlükəsizlik sisteminin sarsıldığı bir dövrdə Cənubi Qafqazda sabitliyin
formalaşması təsadüfi deyil. Bu, ilk növbədə region daxilində yaranmış yeni
siyasi reallıqlarla bağlıdır. Xüsusilə Azərbaycan tərəfindən ərazi bütövlüyünün
təmin edilməsi regionda uzun illər davam edən əsas münaqişə faktorunu aradan
qaldırıb və əməkdaşlıq üçün yeni imkanlar açıb. Bu kontekstdə İlham Əliyevin
siyasi kursu regionda təhlükəsizlik arxitekturasının yenidən qurulmasına yönəlmiş
strateji xətt kimi çıxış edir. Onun rəhbərliyi ilə aparılan siyasət yalnız hərbi-siyasi
nəticələrlə məhdudlaşmayıb, eyni zamanda post-münaqişə dövründə sülh gündəliyinin
formalaşdırılmasına xidmət edib.Cənubi Qafqazın sülh, əmin-amanlıq və əməkdaşlıq
məkanına çevrilməsi artıq yalnız siyasi bəyanat deyil, konkret proseslərlə
müşayiət olunur. Region ölkələri arasında kommunikasiyaların açılması, iqtisadi
inteqrasiyanın genişlənməsi və qarşılıqlı asılılığın artması bu prosesin əsas
elementləridir.
“Azərbaycan-Gürcüstan
tərəfdaşlığı regionda sabitliyin sütunlarından biri olaraq çıxış edir və bu əməkdaşlıq
daha geniş regional inteqrasiyanın əsasını təşkil edir. Mövcud
transformasiyanın əsas hərəkətverici qüvvəsi kimi liderlik faktoru ön plana
çıxır. Bizim uzunmüddətli strateji baxışı və ardıcıl siyasəti regionda yeni təhlükəsizlik
mühitinin formalaşmasında həlledici rol oynayıb. Bu yanaşma yalnız münaqişənin
həlli ilə yekunlaşmayıb, həm də post-münaqişə dövründə davamlı sülhün təmin
olunmasına yönəlib. Onun təşəbbüsləri regionun nəqliyyat-logistika xəritəsinin
yenidən qurulmasını, enerji və iqtisadi layihələrin genişlənməsini və nəticə
etibarilə qarşılıqlı faydalı əməkdaşlıq mühitinin yaradılmasını şərtləndirib”.
Hökmalı Mirzəyev
YAP Hacıqabul rayon təşkilatının sədr
müavini
Digər xəbərlər



