Azərbaycan artıq güclü iqtisadiyyata, müstəqil siyasətə sahib qüdrətli dövlətə çevrilib.

2026-04-09 Baxış: 10
img

Bir vaxtlar iqtisadi müstəqilliyini təmin edə bilməyən, xaricdən aldığı yardımlarla keçinən, zəngin təbii ehtiyatlarının olmasına baxmayaraq, əhalisinin enerjiyə tələbatını idxal hesabına ödəyən Azərbaycan artıq güclü iqtisadiyyata, müstəqil siyasətə sahib qüdrətli dövlətə çevrildi. Dünya artıq müstəqil Azərbaycanı qlobal layihələr həyata keçirən, islahatlar aparan, regional əməkdaşlığa və enerji təhlükəsizliyinə əhəmiyyətli töhfələr verən etibarlı tərəfdaş ölkə kimi qəbul edir.

Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlar göz qabağındadır.Azərbaycan 2026-cı ilə bütün sahələrdə böyük uğurlarla qədəm qoydu. Ötən 2025-ci il Azərbaycanın tarixinə növbəti uğurlu dövr kimi həkk olundu. Ötən il respublikamızda iqtisadi və sosial sferada mühüm nailiyyətlər əldə edildi.

Yanvarın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin artıq ənənəyə çevrilən yerli televiziya kanallarına müsahibəsində jurnalistlərin ötən müddətdə Azərbaycanda iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan və ABŞ münasibətlərinin inkişafına, ölkəmizin xarici və daxili siyasətinə və digər məsələlərə dair suallarını cavablandırıb.

Yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev cəmiyyətimizin hər bir üzvünün daha çox diqqət yetirdiyi dövlətin sosial siyasəti məsələlərinə böyük yer ayırıb. Qeyd edilib ki, bu hər zaman dövlətimizin siyasətinin ana xəttini müəyyən edən istiqamətdir. Bu siyasətin mərkəzində əlbəttə ki, Azərbaycan vətəndaşı dayanır. Ölkənin bütün siyasəti həm həm sosialyönümlüdür, həm də investisiyayönümlüdür.

Son 20 ilin statistikasına nəzər salsaq görərik ki, Azərbaycanda minimum əməkhaqqı 40 dəfədən çox artıb. Azərbaycan dövləti bu illər ərzində geniş iqtisadi islahatlar həyata keçirib, böyük neft-qaz layihələri icra edilib və əldə edilən gəlirlər sosial sahəyə yönəldilib. Bunu qeyd edən dövlətimizin başçısı deyib: "İşğal dövründə bizim əsas xərclərimiz hərbi təyinatlı xərclər idi, ondan sonra təhsil xərcləri idi, ondan sonra məcburi köçkünlər üçün nəzərdə tutulan xərclər idi. Biz işğal dövründə 300 mindən çox köçkünü yeni evlərlə, mənzillərlə təmin etmişdik, 100-dən çox şəhərcik inşa olunmuşdur".

Bir neçə ildir ki, ölkədə özünüməşğulluq proqramı tətbiq edilir və artıq 100 mindən çox insan bu proqramla əhatə olunub. Özünüməşğulluq proqramı işsizliyin böyük hissəsini faktiki olaraq aradan qaldırır və bu insanlara verilən vasitələrlə onlar öz ailə büdcələrini təmin edə bilərlər. Qarabağ və Şərqi Zəngəzur da daxil olmaqla hər yerdə yeni iş yerləri yaradılır.

Son illərdə 16 min şəhid ailəsinə və müharibə əlilinə, onların ailələrinə dövlət tərəfindən mənzillər verilib. bu prosses bu gün də davam edir. müharibə zamanı əlil olmuş hərbiçilər dövlət tərəfindən ən müasir protezlərlə təmin edilir. Artıq beş yüzdən çox insan protezlərlə təmin edilib və normal həyata qayıdıblar. Həmin kateqoriyadan olan insanlara minik avtomobilləri verilir. Dünyanın heç bir ölkəsində bu sahəyə ölkəmi\dəki kimi diqqət və qayğı yoxdur.

Həmçinin son 20 il ərzində Azərbaycanda 3 min 600 məktəb, yüzlərlə xəstəxana tikilib və əsaslı təmir edilib. Beləliklə bu, Azərbaycan dövlətinin siyasəti, o cümlədən iqtisadi siyasətinin ayrılmaz hissəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "iqtisadiyyatımız nə qədər artsa, ilk növbədə o qədər də sosial məsələlərə diqqət yetiriləcək və maliyyə ayrılacaq".

Prezident İlham Əliyevin milli maraqlara əsaslanan xarici siyasət kursu ölkəmizi strateji önəmi birmənalı etiraf olunan dövlətə çevirib. Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi mürəkkəb geosiyasi şəraitdə müstəqil siyasət həyata keçirən Azərbaycan son 22 ildə bütün istiqamətlər üzrə böyük uğurlar əldə edib.

Bu gün dünyada gedən ziddiyyətli geosiyasi proseslər, həmçinin qlobal pandemiya ilə mübarizə fonunda Azərbaycan həm sabitliyini təmin edir, həm də tam müstəqil xarici siyasət kursuna müvafiq olaraq beynəlxalq əlaqələrini daha da gücləndirir.

İkinci Qarabağ müharibəsindəki şanlı zəfərdən sonra regionda yaranan yeni reallıqlar və bölgədə diktənin Azərbaycana məxsus olması bir daha təsdiq edir ki, ölkəmiz Cənubi Qafqazın ən fəal siyasi və iqtisadi aktorudur.

Məhz bu siyasətin nəticəsidir ki, hazırda Azərbaycan beynəlxalq təşkilatlarda qətiyyətli və müstəqil söz sahibi kimi qəbul edilir. Buna misal kimi təkcə ölkəmizin 120 daimi üzvü olan Qoşulmama Hərəkatına sədrlik etməsini göstərmək yetərlidir. Bütün bu uğurlar İlham Əliyevin xarici diplomatiyasının təntənəsidir.

Azərbaycan Prezidentinin ən mötəbər tədbirlərə dəvət olunması, aparıcı dövlətlərin rəhbərləri, dünyada nüfuzlu ictimai-siyasi xadimlər və digər şəxslərlə görüşləri həm özünün, həm də ölkəmizin yüksək nüfuzunun göstəricisidir.

Onu da xüsusi olaraq vurğulamalıyıq ki, ötən il müstəqilliyimizin 30 illiyini qürur hissi ilə Qələbə qazanmış, Zəfər çalmış xalq kimi, dövlət kimi qeyd etdik. Bu il isə beynəlxalq ələqələrimizin qurulmasının 30 illiyini fəxarətlə qeyd edirik. Bu uğurları dəyərləndirərkən İlham Əliyev qətiyyətlə vurğulayır ki, Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, tam müstəqil şəkildə öz daxili, xarici siyasətini aparır, dostlarını özü seçir, heç kimə hesabat vermir. Son illərin tarixi göstərdi ki, bütün cəhdlərə baxmayaraq, heç kim Azərbaycanı müstəqil yolundan döndərə bilmədi.

 

 

            Bəxtiyar Ələkbərov,

YAP Hacıqabul rayon təşkilatının ərazi partiya təşkilat sədri, Şirvan-Salyan RTİ Hacıqabul rayonu üzrə Təhsil Sektorunun müdiri.