Futbol üzrə Avropa çempionatı gələn il keçiriləcək

2020-03-17 Baxış: 641
img

2020-ci il futbol üzrə Avropa çempionatının 2021-ci ilin yayında keçirilməsi haqqında qərar verilib.

MAYAKİNFO-nUn xəbərinə görə, bu barədə Norveç Futbol Federasiyası məlumat yayıb.

Avropa çempionatının oyunlarının 2021-ci ilin 11 iyun-11 iyul tarixlərində keçiriləcəyi bildirilib.

Qeyd edək ki, futbol üzrə Avropa çempionatı bu il iyunun 12-dən iyulun 12-ə kimi Azərbaycan da daxil olmaqla, Danimarka, İngiltərə, Almaniya, Macarıstan, İtaliya, Niderland, İrlandiya, Rusiya, Rumıniya, Şotlandiya və İspaniyada keçiriləcəkdi.