Avropa İttifaqı Azərbaycana 2 milyardlıq paket elan edib

2022-04-15 Baxış: 357
img

    Postmüharibə dövründə beynəlxalq ictimaiyyətin Azərbaycana olan marağı daha da artıb. Bu maraq böyük investisiya layihələrində özünü göstərir. Postmünaqişə dövrünün birinci ilinin nəticələri deməyə əsas verir ki, qarşımızda duran bütün vəzifələr icra edilmişdir. Azərbaycan ilk növbədə, beynəlxalq təşkilatlarla öz təmaslarını, fəal əməkdaşlığını davam etdirmiş və dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər. BMT xətti ilə Şuşa şəhərində bu yaxınlarda Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş tədbir keçirilmişdir. Bu tədbir bir daha onu göstərir ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyan qurumdur. Ölkəmiz BMT-yə üzv olandan sonra torpaqlarımız işğal olunan dövrdə BMT Təhlükəsizlik Şurası ədalətli qərarlar qəbul etmişdir. Təssüflər olsun ki, bu qərarlar 30 ilə yaxın bir müddətdə kağız üzərində qalmışdır. Qarabağ münaqişəsinin Azərbaycan tərəfindən birtərəfli həlli, eyni zamanda, BMT-nin üzərindən bu yükü götürmüş oldu. Digər aparıcı beynəlxalq təşkilatlardakı Azərbaycanın fəaliyyəti də uğurludur. BMT-dən sonra ən böyük beynəlxalq təsisat Qoşulmama Hərəkatıdır. Qoşulmama Hərəkatına hazırda Azərbaycan sədrlik edir və bütün üzv dövlətlərin razılığı və dəstəyi ilə ölkəmizin sədrliyi bir il daha da uzadıldı. Bu, ölkəmizə və xalqımıza göstərilmiş böyük etimadın təzahürüdür. Azərbaycan bu hərəkata üzv olandan sonra Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqe nümayiş etdirmişdir və müharibədən sonra bu istiqamətdə önəmli hadisələr baş vermişdir. Birmənalı şəkildə Qoşulmama Hərəkatı həm işğal dövründə, həm müharibə dövründə, həm müharibədən sonra Azərbaycanla həmrəy olmuşdur.

    Digər böyük beynəlxalq təşkilat İslam Əməkdaşlıq Təşkilatıdır. İslam Əməkdaşlıq Təşkilatı işğal dövründə dəfələrlə ədalətli, ölkəmizin mövqeyimizi əks etdirən qərar-qətnamələr qəbul etmişdir. İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri səviyyəsindəki toplantıda bir daha bir neçə qətnamə - Azərbaycan mövqeyini dəstəkləyən, o cümlədən Azərbaycanın tarixi-dini abidələrinin ermənilər tərəfindən dağıdılmasına dair önəmli qərar-qətnamələr qəbul etmişdir və təşkilatın rəhbərliyi azad edilmiş torpaqlara səfərlər etmişlər. ATƏT-in Minsk qrupu da yeni reallıqları tam qəbul edib. Bu yaxınlarda ATƏT-in fəaliyyətdə olan sədri ilə cənab president İlham Əliyevin görüşü olub və görüş bir daha onu göstərdi ki, ATƏT də yeni reallıqları qəbul edir və bu da çox əlamətdar hadisədir. Cənab president İlham Əliyevin ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşü zamanı canab prezident bildirmişdir ki, vətəndaş cəmiyyətinin nümayəndələri, media nümayəndələri, digər ictimai rəyə nüfuz, yəni təsir edə bilən şəxslər ATƏT-in fəaliyyəti çərçivəsində, yəni ki, bu format çərçivəsində görüşlər keçirə bilərlər ki, Ermənistan-Azərbaycan əlaqələri normallaşsın. İndi gündəlikdə duran məsələ budur. Dağlıq Qarabağ münaqişəsi həll olunub. İndi məsələ Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasıdır və istənilən beynəlxalq təşkilat, bu sahədə öz töhfəsini verə bilən təşkilat, əlbəttə ki, qəbulediləndir. Avropa İttifaqı postmünaqişə dövrünün reallıqlarını qəbul etmişdir. Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə dekabr və aprel aylarında üçtərəfli görüşlər keçirilmişdir. Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması istəyir və  6 aprel tarixində keçirilmiş görüşdə bu məsələlər müzakirə edilmişdir. Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif vermişdir və Ermənistan tərəfi də bu təklifə müsbət yanaşmışdır və Brüssel görüşünə qədər artıq bu açıqlamalar verilmişdir. Ermənistan 5 prinsipi qəbul edir Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir. Bu, çox müsbət haldır və ikitərəfli əlaqələrin normallaşdırılması üçün əsas şərtdir.

Bu gün Azərbaycan Aİ-nin etibarlı tərəfdaşıdır, iqtisadi sərmayə planı çərçivəsində Azərbaycana 2 milyard avroluq maliyyə paketinin ayrılıb. Aİ-nin Azərbaycanda həyata keçirilən bərpa və yenidənqurma prosesində iştirak etməyə hazır olduğunu bildirilir. Avropa İttifaqının kredit vermə təklifləri müsbət haldır. Müharibə başa çatandan sonra Ermənistan üçün kredit və qrant paketi təqribən 2,6 milyard avro səviyyəsindədir Azərbaycana isə cəmi 140, ya 160 milyon Azərbaycan buna səssiz qala bilməzdi. Müsbət haldır ki, Avropa İttifaqı Azərbaycana da 2 milyardlıq paket elan edib. Elə layihələr var o layihələri ölkəmiz borc götürmədən icra edə bilər, ancaq Azərbaycanın istəyi və ədalətli mövqeyi ondan ibarətdir ki, Ermənistana hansı şərtlərlə borc və ya qrant verilirsə Azərbaycanada eyni şərtlərlə təklif edilsin yanaşma eyni olmalıdır. Müharibədən dərhal sonra ölkəmizin apardığı siyasət, beynəlxalq təşkilatlardakı fəaliyyəti, ikitərəfli formatda böyük dövlətlərlə əlaqələri, Qarabağ və Şərqi Zəngəzurda baş verən inkişaf və hadisələr, bu reallıqlara gətirib çıxarıb. Azərbaycan beynəlxalq təşkilatlarla yanaşı, qonşu ölkələrlə də sıx əlaqədədir. Bütün qonşu ölkələr postmünaqişə reallıqlarını qəbul etmişlər və bu da çox müsbət hal kimi qiymətləndirilməlidir. Postmünaqişə dövründə iqtisadiyyatla bağlı, ərazilərin bərpası ilə bağlı addımlar ölçüb-biçilmiş şəkildə atılıb və nəticə göz qabağındadır. Azərbaycanda postmünaqişə dövrü ilə bağlı bütün planlar yerinə yetirilir. Beynəlxalq ictimaiyyət siyasi nöqteyi-nəzərdən bu reallıqları qəbul edib, eyni zamanda, Azərbaycana olan maraq daha da artıb. Aparılan islahatlar, şəffaflıq, kadr islahatları nəticəsində, eyni zamanda İkinci Qarabağ müharibəsindəki Qələbəmiz nəticəsində Azərbaycana çox böyük maraq var. Bu gün dünya miqyasında Azərbaycan nadir ölkələrdəndir ki, bu qədər marağı özünə cəlb edə bilib.

Ülvi Nəhmədzadə,

YAP Neftçala rayon təşkilatı Qaçaqkənd Ərazi Partiya təşkilatının sədri