Azərbaycanla Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir.

Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev 18 oktyabr 2025-ci ildə Qazaxıstanın
“Kazinform” informasiya agentliyinə geniş müsahibə verib. Dövlət başçısı müsahibəsində
Azərbaycan–Qazaxıstan əlaqələrinin hazırkı vəziyyəti, əməkdaşlığın əsas istiqamətləri,
Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq fəaliyyət və regional məsələlər
barədə mühüm fikirlər səsləndirib.
Prezident
İlham Əliyev bildirib ki, bu gün Azərbaycanla Qazaxıstan arasında əlaqələr yüksək
etimad və qarşılıqlı hörmətə əsaslanır. Xalqlarımızı ortaq tarix, mədəniyyət, mənəvi
dəyərlər və türk kimliyi birləşdirir. Məhz bu təməl üzərində biz güclü strateji
tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq. Ölkələrimiz arasında 20 il əvvəl
imzalanmış “Strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Müqavilə” bu münasibətlərin
hüquqi əsasını təşkil edir. Ötən illər ərzində 170-dən çox sənəd imzalanıb,
siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri
formalaşıb. Bu, son üç ildə mənim Qazaxıstana yeddinci səfərimdir. Hər səfərimdə
ölkədəki dinamik inkişafı görmək mənim üçün xoşdur. Prezident Tokayevin
düşünülmüş siyasəti Qazaxıstanı regionun lider dövlətlərindən birinə çevirib.Dövlət
başçısı, həmçinin, Qazaxıstan Prezidentinin Azərbaycana altı dəfə səfər
etdiyini vurğulayıb və bu səfərlərin hər birinin əlaqələrin möhkəmlənməsinə
ciddi töhfə verdiyini bildirib.
Azərbaycan
və Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığa toxunan Prezident İlham
Əliyev qeyd edib ki, 2024-cü ildə qarşılıqlı ticarət dövriyyəsi 470 milyon
dollar, 2025-ci ilin ilk səkkiz ayında isə 547 milyon dollar olub. Bu, əvvəlki
dövrlə müqayisədə üç dəfə çoxdur. Bu göstəricilər Orta Dəhlizin səmərəli işləməsi
və nəqliyyat-logistika sistemlərinin modernləşdirilməsi nəticəsində mümkün
olub. Həmçinin Azərbaycanın Qazaxıstana investisiyaları 225 milyon dollara,
Qazaxıstanın isə Azərbaycana yatırımları 136 milyon dollara çatıb. Bu,
qarşılıqlı etimadın və uzunmüddətli tərəfdaşlığın göstəricisidir. Prezident
İlham Əliyev Xəzər dənizində su səviyyəsinin azalması ilə bağlı narahatlığını
da ifadə edərək bildirib ki, bu, təkcə ekoloji yox, həm də iqtisadi təhlükədir.
Xəzər dənizinin dayazlaşması regional əməkdaşlıq və birgə fəaliyyət tələb edir.
Xəzər artıq yalnız su hövzəsi deyil, ortaq məsuliyyətimizin rəmzidir.
Maya
Qənbərova
YAP
fəalı, Hacıqabul Tarix Diyarşünaslıq Muzeyinin kiçik elmi işçisi.
Digər xəbərlər



