Multikulturalizmin Azərbaycan modeli

2023-07-27 Baxış: 210
img

Müasir Azərbaycanda multikulturalizmin bir siyasət kimi əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev ölkəmizdə yaşayan milli azlıqların dilinə, mədəniyyətinə, adət-ənənələrinə həmişə diqqətlə yanaşmış və qayğı göstərmişdir. Ulu öndər Heydər Əliyevin sədrliyi ilə komissiya tərəfindən layihəsi hazırlanmış və 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq dövlət əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir. Konstitusiyanın 25-ci maddəsində bərabərlik hüququ, 45-ci maddəsində isə hər kəsin ana dilindən istifadə hüququ təsbit olunmuşdur. Bu gün Azərbaycanda yaşayan milli azlıqların nümayəndələri öz ana dillərində sərbəst danışır, bir çox ali və orta məktəblərdə təhsil alır, onların adət-ənənələrinə hörmətlə yanaşılır. Azərbaycanda milli azlıqların öz ana dillərində qəzet və kitab vəsaitləri nəşr edilir, televiziya və radio verilişləri hazırlanır. Ümummilli lider Heydər Əliyev respublikamızda multikulturalizm siyasətini uğurla həyata keçirmiş və ölkəmizi dünya miqyasında multikulturalizm ölkəsi kimi tanıtmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsi zamanı bir çox məsələlərə toxunmuşdur.Müxbirinbiz iki gün əvvəl “Muğam Klub” restoranında olduq. Gördüklərimiz mənə böyük təəssürat bağışladı. Əlbəttə ki, qədim Karvansaranı ziyarət etdik. Orada qədim İpək Yolu ilə tanış olduq. Orada sanki zaman yenidən göz qabağına gəlir və siz tarixi, insanları, ticarəti və mədəniyyətləri, ənənələri seyr edə bilirsiniz. Çin tərəfinin “Bir kəmər, bir yol” təşəbbüsünün mədəni dəyərini necə görürsünüz? Bilirəm ki, ölkənizdə qədim İpək Yolunun bərpasına hələ 1990-cı illərdən çalışırsınız sözlərinə cavab olaraq Prezident İlham Əliyev "Əlbəttə ki, birmənalı olaraq, bu, dostluğa əlavə təkan və töhfə verəcək. Qarşılıqlı fəaliyyət yaranacaq, çünki qədim İpək Yolunda yerləşən ölkələrin xüsusiyyəti, bəlkə də, oxşarlığı ondan ibarətdir ki, onlar cəmiyyətlərinin müxtəlifliyi, çoxetnik və çoxkonfessiyalı xarakteri ilə seçilir. Azərbaycan həmin müsbət ssenarinin bir hissəsidir. Buna görə, Azərbaycanın mədəni irsi, gördüyünüz kimi, dövlətimiz tərəfindən lazımınca qorunur. Bu, bizim üçün qorunmalı, saxlanılmalı və yeni nəsillərə ötürülməli sərvətdir ki, onlar da eyni münasibət bəsləsinlər. Biz mədəni irsimizi əsrlər boyu qoruyub saxlamışıq. Baxmayaraq ki, Azərbaycan uzun müddət öz dövlətçiliyindən məhrum idi. Biz müstəqil ölkə deyildik. Lakin, eyni zamanda, biz milli özünəməxsusluğumuzu, dilimizi, ədəbiyyatımızı, musiqimizi və ənənələrimizi, mədəni irsimizi qoruyub saxlamışıq. Hətta müstəqil olmadığımız vaxtlarda, bunu bacarmışıq. Beləliklə, dünya irsinin bir hissəsi olan mədəni irsimizin qorunmasını birmənalı olaraq davam etdirəcəyik. Eyni zamanda, tərəfdaşlarla bağlantı yaradan bir çox layihələr daha çox səfərlərlə, turistlərlə, ticarətlə, qarşılıqlı fəaliyyətlə nəticələnəcək. Bunun sayəsində mədəniyyətlərimiz və cəmiyyətlərimiz daha da zənginləşəcək. Bir sözlə, biz həmin məsələyə belə nöqteyi-nəzərdən baxırıq. Bəxtimiz çox gətirib ki, Azərbaycan əsrlər boyu və xüsusən də, müstəqillik dövründə, sözün əsl mənasında, etnik və dini dözümlülüyün, birgəyaşayışın yüksək standartlarını nümayiş etdirir. Azərbaycanda bütün etnik qruplar bir ailə kimi yaşayır və bu, bizim ən böyük sərvətlərimizdən biridir. Biz bunları qorumağa çalışırıq və əminəm ki, bu işin öhdəsindən gələcəyik" deyə qeyd etmişdir.

Bu gün isə reallıq odur ki, artıq multikulturalizmin Azərbaycan modeli formalaşıb və bu, mükəmməl örnək kimi ölkəmizdəki çoxsaylı fərqli etnik qrupların sülh şəraitində yaşamasına, bərabərhüquqlu fəaliyyətinə tam zəmin yaradır.Multikulturalizm eyni bir ölkədə yaşayan müxtəlif millətlərin mədəniyyət hüququnu tanıyan humanist dünyagöruşu olan siyasət və bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyətdir. Multikulturalizm bir humanist siyasət kimi tolerantlıqla sıx bağlıdır. Tolerant cəmiyyətdə multikulturalizm müxtəlif mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur. Azərbaycanda multikulturalizmin müasir vəziyyəti dünyanın bir çox inkişaf etmiş ölkələrindən üstündür. Bu, Azərbaycan xalqının milli mentalitetindən irəli gələn adət-ənənələri, qonaqpərvərliyi, dini dözümlülüyü, tolerantlığı kimi dəyərlərlə xarakterizə olunur.

Gülər Mirzəyeva,

YAP Neftçala rayon təşkilatının fəal üzvü