Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslə təmirdən sonra açılışı

2023-09-04 Baxış: 177
img

Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır.
Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək. Genişmiqyaslı quruculuq işləri çərçivəsində bütövlükdə Laçında 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır.
İşğaldan azad olunmuş ərazilərimizin bərpa-quruculuq prosesində nəzərə alınan ən əsas məqamlaran biri də təhsil müəssisələrinin yaradılmasıdır. Yurd yuvasına qayıdan sakinlərimizin layiqli şəkildə təhsilini davam etdirə bilməsi həm də Boyük Qayıdış konsepsiyasında öz əksini tapır. Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı ilə paralal olaraq Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra istifadəyə verildi.
Ötən ayın 25-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Laçına səfəri çərçivəsində açılışı edilən müəssisələrdən biri də Laçın rayon 2 nömrəli tam orta məktəb oldu. Ümumilikdə 510 şagird yerlik məktəbin üçmərtəbəli binasının sahəsi 4550 kvadratmetrdir. Binada 24 yerlik doqquz, 18 yerlik beş və 12 yerlik dörd sinif otağı, 1 informatika, 1 texnologiya kabineti, 3 laboratoriya, 18 yerlik məktəbəhazırlıq otağı və 24 yerlik hərbi hazırlıq kabineti var. Y aradılan şərait Bakı şəhərindən və müxtəlif bölgələrdən öz doğma yurdlarına qayıdan şəxlərin bütün sosial imkanlara əlçatanlılığını təmin etməyə hesablanıb.
Bununla yanaşı, Laçın rayonunun 176 şagird yerlik Zabux kənd tam orta məktəbi binasının layihələndirilməsi, əsaslı təmiri və bərpasına başlanılıb. Təhsil müəssilərinin fəaliyyətə başlaması həm də həmin məktəblərdə güclü maddi-texniki bazanın qurulmasını, peşəkar pedoqoji kollektivin formalaşdırılmasını tələb edir. Şəhər və kəndlərin bərpası, infrastruktur və iaşə obyektlərinin belə qısa müddət ərzində qurulub istifadəyə verilməsi dövlətimizin qayğısı ilə yanaşı, həm də onun gücünü göstərir.  

Ərəstun Əskərov,               

YAP Neftçala rayon təşkilatı

ərazi partiya təşkilatı sədrinin müavini