Biz bütün beynəlxalq platformalarda öz haqq səsimizi ucaldanda bizə deyirdilər ki, sizin sözləriniz çox kəskindir.

2024-10-08 Baxış: 125
img

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl və Zəngilan rayonlarına səfər etdilər. Həmişə olduğu kimi, bu səfər də  Böyük Qayıdış Proqramının uğurlu icrasının aydın mənzərəsini yaratdı.  Səfər çərçivəsində  həm bu ərazilərin inkişafına, həm də bura  qayıdacaq soydaşlarımızın rahat yaşayışına, məşğulluğunun təmin edilməsinə xidmət edəcək  addımlar atıldı. Yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə müşayiət olunan səfərdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl şəhərində  inşa olunan yaşayış kompleksinin açılışında iştirak etdi və yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim etdilər. Dövlətimizin başçısının  mərasimdəki çıxışında diqqət göstərdiyi əsas məsələlərdən biri məhz dünyanın ikili standartlara əsaslanan siyasətinin  hazırda tarixə qovuşan Qarabağ münaqişəsinin  həlli prosesində uzanmasında rolu, 44 günlük Vətən müharibəsini şərtləndirən amillər oldu. Cənab İlham Əliyev bildirdi ki, Ermənistana qarşı 30 il ərzində bir dənə də sanksiya tətbiq edilməmişdir. Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərini pozmuşdur, torpaqlarımızın təxminən 20 faizini işğal etmişdir, etnik təmizləmə siyasəti aparmışdır, Xocalı soyqırımını törətmişdir, bütün şəhər-kəndlərimizi viran qoymuşdur. “Biz bütün beynəlxalq platformalarda öz haqq səsimizi ucaldanda bizə deyirdilər ki, sizin sözləriniz çox kəskindir. Bu kəskin ritorika sülhü yaxınlaşdırmır, sülhü uzaqlaşdırır. Ermənistanla dil tapmalısınız, barışmalısınız, müharibəni uduzmusunuz, bununla barışın” söyləyən cənab İlham Əliyev vurğuladı ki, bu işğalı əbədi etmək üçün Fransa və onun kimi Qərb dövlətləri əllərindən gələni edirdilər. Təbii ki, dünyanın aparıcı güc mərkəzlərindən eşitdiyimiz bu təkliflər təkcə işğalın əsaslandırılması üçün edilən riyakarlıq yox, həm də açıq türkofobiya, islamofobiya, anti-Azərbaycan mövqeyin nümayiş etdirilirdi.Prezident İlham Əliyev əsrlər boyu müxtəlif dövlətlərin tərkibində yaşamağa məhkum edilmiş Azərbaycan millətində məhz Dəmir Yumruq kimi birləşmək keyfiyyətinin formalaşdırılması üçün nə gərəkdisə, onu etdi və nəticədə – 2020 -ci ilin payızında bizi iki əsr gözlədiyimiz tam suverenliyə qovuşdurdu. Fransadakı bədxahlarımızı və ABŞ-dəki bəzi mənfi ünsürləri istisna etsək, dünyada hamı bizim suverenliyimizi tam bərpa etməyimizi alqışlayır.Prezident İlham Əliyev, sözün həqiqi mənasında, təkcə Azərbaycanla Ermənistan arasında deyil, regionda və bütün dünyada sülhün bərqərar edilməsi üçün çalışan ən müdrik siyasətçilərdən biridir.Bunu qalib ölkənin Ali Baş Komandanının müharibə qurtaran kimi qarşı tərəfə sülh təklifləri göndərməsi də sübut edirdi.

Elşad Əhmədov,

YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri