Gürcüstan-Azərbaycan sərhədində itkin düşmüş balıqçıların meyiti tapılıb

2019-12-04 Baxış: 799
img

Gürcüstan-Azərbaycan sərhədində yerləşən Candargöldə itkin düşmüş iki gürcü balıqçının meyiti tapılıb.

MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumata görə, bu barədə Gürcüstan Fövqəladə Halların İdarəetməsi Xidməti məlumat yayıb. 

Qeyd edək ki, dekabrın 2-də Azərbaycanın Ağstafa rayonu ilə Gürcüstanın Qardabani rayonu ərazilərində yerləşən Candargöldə güclü külək içərisində 3 balıqçının olduğu qayığı aşırıb. Nəticədə balıqçılardan yalnız biri sahilə çıxa bilib. Biri 21, digəri isə 27 yaşında olan iki balıqçı isə itkin düşüb.  Axtarış xilasetmə işlərinə Azərbaycan helikopteri də cəlb edilib.