Ölkəmizdə həyata keçirilən sosial layihələrin həcmi 2020-ci ildə rekord həddə çatıb.
“Ölkəmizdə
çox böyük sosial layihələr həyata keçirilir. Bu il rekord sayda məcburi köçkün
ailəsi evlərlə, mənzillərlə təmin olunacaq. Bu il bu imkandan 7 mindən çox
köçkün ailəsi faydalanacaq, Ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox
hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaqdır." Bunu Neftçala rayon Yeniqışlaq kənd ümumi orta məktəbin direktoru, YAP Neftçala Rayon Təşkilatı Gənclər Birliyinin sədri Ülvi Fərzəliyev deyib.
Gənc
pedaqoq bildirib ki, Prezident İlham
Əliyev 2020-ci il iyulun 21-də Bakının Xətai
rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim
olunması mərasimində iştirak edərkən şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən nəzərdə tutulmuş evlərin təqdim edilməsi üçün çox fəal iş aparıldığını xüsusi vurğulayıb.
Ülvi
Fərzəliyev pandemiya dövrü olmasına baxmayaraq, ölkə ərazisində bütün sosial
proqramların tətbiqinin daha da genişləndirildiyini qeyd edib: “Dövlət başçısının tapşırığına əsasən 2020-ci
ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi
ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 554 mənzil verilib. Digər mənzillər
və fərdi evlər də ilin sonunadək veriləcək. Azərbaycanın ərazi
bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə
əlil olmuş vətəndaşların minik avtomobilləri ilə təminatı da diqqətdə
saxlanılır. Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində bu istiqamətdə
tədbirlər geniş vüsət alır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə
əlilləri və onlara bərabər tutulan şəxslərə 2020-ci ildə də 400 avtomobilin verilməsi nəzərdə
tutulub və onlardan artıq 150-si təqdim edilib. Prezident İlham Əliyevin 21 iyul
2020-ci il tarixli Sərəncamı ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və
konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar
əlilliyi olmuş, Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak
edib əlilliyi olmuş şəxslərin, II Dünya müharibəsi əlillərinin və onlara bərabər
tutulanların xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillərlə
təminatının daha da gücləndirilməsinə şərait yaradır. Şəhid
ailələri Prezidentin aylıq təqaüdü ilə təmin olunurlar. Şəhid ailələrinin 16 yaşadək (ümumtəhsil məktəblərində təhsil
alanlar 18 yaşınadək) uşaqlarının hər birinə (ailə başçısını itirməyə görə
aylıq əmək pensiyası aldıqları halda) aylıq sosial müavinət də ödənilir.
Şəhid vərəsələrinə birdəfəlik ödəmə (11 min manat) proqramı artıq 100 faizə
yaxın icra olunub. Qarabağ müharibəsi əlilləri əlilliyə
görə aylıq sosial müavinət və ya əmək pensiyası ilə yanaşı, Prezidentin aylıq təqaüdləri
ilə də təmin edilirlər. Şəhid ailələrinin və Qarabağ müharibəsi əlilləri
övladlarının respublikamızın ali təhsil müəssisələrində və orta ixtisas təhsili
müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində
təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Ünvanlı dövlət sosial yardımı 1 aprel tarixi ilə
müqayisədə 15 min ailə artaraq 85 min ailəyə verilmişdir. “
Digər xəbərlər