Xalqımızın qəhrəmanlıq dastanı əsrlərdir davam edir.
Torpaqlarımızı işğal edən mənfur düşmənlərimizə qarşı bugün də vətənimizin igid qəhrəman oğulları düşmənlə üz-üzə dayanıb mübarizə aparır. Bu topraq bizə babalarımızın əmanətidir. Bu əmanəti qorumaq, gələcək nəsillərə ötürmək bizim hər birimizin vətəndaşlıq borcudur. Aprel döyüşləri kimi Tovuz döyüşləri də xalqımızın tarixində zəfər günləri kimi yazıldı. Hər birinin ürəyində vətənpərvərlik hissi aşıb daşan əsgər, zabit, gizir və generallarımız vətən uğrunda gözlərini qırpmadan şəhidlik zirvəsinə yüksəldilər.Vətənpərvərlik "mən orduya gedərəm, döyüşərəm" deməklə deyil. Doğrudur , bunu ürəklə deyənlər olsa da, mənim üçün vətənpərvərlik qanı,canı bahasına olsa da, orduda olub qorxmadan döyüşə bilməkdir. İştirakçısı olduğum bir vebinarda qazilərimizdən biri belə bir fikir səsləndirdi: " Silahı tutmaq da bir ürək istəyir, onu atmaq da". Əsl vətənpərvər vətənə məhəbbətini sözdə deyil, gördüyü işdə, çəkdiyi zəhmətdə, fəaliyyətində də nümayiş etdirməlidir. Onlarla, yüzlərlə insanlar bir bayraq altında birləşməli, mübarizə aparmalıdır .Varlığımızı şəhidlərimizin yoxluğuna borcluyuq. Olduğumuz yerdə rahatıqsa, bunu nur üzlü şəhidlərimizə, hərbçilərimizə borcluyuq.
Bu gün bizlər, Yeni Azərbaycan
Partiyasının gəncləri Cənab Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək, məhz
onun həyata keçirdiyi siyasət nəticəsində bu gün Cənubi Qafqazın ən güclü
ordusuna çevrilmiş Milli Ordumuz sıralarına qoşularaq düşmənlə mübarizə
aparmağa hər an hazırıq. Bunun üçün Cənab Ali Baş Komandanımızın əmrini gözləyirik!
Sona Haxıyeva
Yeni Azərbaycan Partiyası Neftçala Rayon
Təşkilatı Gənclər Birliyinin sədr müavini,
Biləsuvar Regional Mədəniyyət İdarəsi
Neftçala Rayon Dövlət Rəsm Qalereyasının bələdçisi
Digər xəbərlər