Qədirbilən Azərbaycan xalqı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirir!
Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycan xalqının dəmir iradəli birinci xanımı Mehriban xanım Əliyeva orta məktəbi qızıl medalla, ali məktəbləri fərqlənmə diplomları ilə bitirdikdən sonra sərbəst həyata atdığı ilk addımından xeyirxah əməlləri ilə nəinki Azərbaycanda, bütün dünyada sevildi. Bacarıqlı, xeyirxah, işgüzar xanım insanların sağlamlığı sahəsində göstərdiyi fəaliyyəti ilə çox fərqləndi. Fəlsəfə elmlər namizədi alimlik dərəcəsinə yüksəldi. Mehriban xanım inamla başladığı işləri uğurla yekunlaşdıraraq xalqın böyük rəğbətini qazandı. Azərbaycan üçün, Azərbaycan xalqının rifahı üçün etdiyi fədakarlıq onun böyük qəhrəmanlığıdır. Çətin, eyni zamanda xeyirxah əməlləri müqabilində Birinci xanımın aldığı mükafatlar, titullar hər bir Azərbaycan vətəndaşının sevincinə səbəb olur, xalq onun uğurları ilə qürur hissi keçirir. Mehriban xanım Əliyeva 1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunu təsis edərək, ona rəhbərlik edir. Mehriban xanım milli incəsənətimizin inkişafı, təbliği, xarici ölkələrdə daha geniş tanınması, dünya mədəniyyətinə inteqrasiyası, yeni beynəlxalq əlaqələrin formalaşması məsələlərinin həyata keçirilməsində 3 istiqamətdə: mədəni tədbirlər, xeyriyyə aksiyaları, naşirlik fondu yaradaraq, Azərbaycan mədəniyyətini dünya mədəniyyətləri sırasında tanıtmışdır. Azərbaycan muğamını dünya miqyasında təbliğ etmək üçün onun rəhbərliyi ilə “Bakı Müğam Mərkəzi” yaradılmışdır. Sənət və sənətkarlara verdiyi böyük dəyərin, onlara göstərdiyi qayğının nəticəsidir ki, bir neçə Beynəlxalq festivalların: “Bakı payızı”, IX Şərq-Qərb Bakı Beynəlxalq kino festivalı, Beynəlxalq Bakı Caz Festivalının keçirilməsini təşkil edib, “Qarabağ xanəndələri” musiqili albomun buraxılması və onun dünyanın bir çox mötəbər incəsənət mərkəzlərində yayılmasına nail olmuşdur. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanın maddi və qeyri-maddi irsinin, Azərbaycan xalqının adət-ənənələrinin və dəyərlərin dünyada tanıdılması üçün yüzlərlə təqdimatlar, sərgilər və tədbirlər keçirilmişdir. Mehriban xanımın dəstəyi ilə Azərbaycanın görkəmli şəxslərinin yubileylərinin keçirilməsi UNESCO səviyyəsində qeyd edilmişdir. Fransada, İtaliyada, Rusiyada və başqa ölkələrdə keçirilən çoxsaylı tədbirlər nəticəsində dünya ictimayyəti ölkəmizi daha yaxından tanımağa, öyrənməyə başlamışdır. İnformasiya blokadasını yararaq ölkəmizin mədəniyyətini düzgün istiqamətləndirməyə, tarixini, adət-ənənəsini dünya xalqlarına çatdırmağa vasitəçi olmuşdur. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan, ingilis və rus dillərində çap olunan “Azərbaycan- İrs” jurnalı bu missiyanın təbliğinin öhdəsindən layiqincə gəlmişdir.
2002-ci
ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilən Mehriban xanım
Əliyeva bu sahədə də böyük uğurlar qazanaraq Azərbaycan idmanını və
idmançılarını dünya idman sahəsində tanıtmağa müvəffəq olmuşdur. Mehriban xanım 2004-cü ildə Azərbaycan şifahi xalq ədəbiyyatı
və milli musiqi irsinin qorunub saxlanılması
və inkişaf etdirilməsində xidmətlərinə görə UNESCO-nun, 2006-cı ildə
humanitar sahədə genişmiqyası fəaliyyətinə görə İSESCO-nun Xoşməramlı səfirləri
adına layiq görülmüşdür. Bəli 2004-cü il 10 may tarixində Ulu Öndər Heydər
Əliyevin zəngin irsinin öyrənilməsi,onun milli dövlətçilik ideyalarının yeni nəsillərə
aşılanması məqsədi ilə yaradılmış Heydər Əliyev Fondunun yaradıcısı və prezidenti məhz Mehriban xanım
Əliyevadır. Fondun məqsədi milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin
geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına kömək etmək, elm, təhsil, mədəniyyət,
səhiyyə və idman sahələrinin inkişafını təmin etməkdən ibarətdir. Heydər Əliyev
Fondunun dəstəyi ilə Azərbaycanın bütün rayon və şəhərlərində yeni məktəblər
inşa edilir, əsaslı təmir olunur. Uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə
sadiq hərtərəfli biliklərə malik vətəndaş
kimi yetişdirilməsi işinə xidmət göstərir. Azərbaycanın beynəlxalq nüfuzunun
artırılması ilə bağlı tədbirlərin reallaşdırılmasına yardım göstərir.
Heydər Əliyev Fondunun dəstəyi ilə bilik və bacarığına görə ölkəmizi
dünya olimpiadalarında təmsil edən şagird və tələbələrin uğurlu nəticələri dəstəklənir
və qiymətləndirilir. Bacarıqlı, zehinli, elmli tələbələrə Prezident təqaüdləri
verilir, dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilir və təhsil
haqları Fond tərəfindən ödənilir. Fond tərəfindən səhiyyə sahəsinə böyük diqqət
edilir, yeni səhiyyə binalarının istifadəyə verilməsi ilə yanaşı, həm də səhiyyə
mərkəzləri müasir avadanlıqlarla təmin olunur. Fond müasir texnologiyalardan
istifadə etmək üçün bacarıqlı mütəxəssislərin
yetişdirilməsinə dəstək olur. Mehriban xanım Əliyeva gənc nəslin milli ruhda
dünyanın sivil ölkələri səviyyəsində yetişməsinə çalışır, onlara dəstək
olur. Heydər Əliyev Fondu şəhid ailələrinə,
qazilərə, Azərbaycanın bütövlüyü uğrunda xidmətləri olan hər bir Azərbaycan vətəndaşına
diqqət və qayğı ilə yanaşır, onlara maddi-mənəvi dəstək olur, yaşayış evləri, miniklə,
işlə təmin etməkdə yardımçı olur. Yaralı qazilərin müalicə almaları üçün xarici
ölkələrin tanınmış həkim və professorlarına müraciət edilir, nüfuzlu xəstəxanalarına göndərilirlər.
Mehriban xanım Əliyevanın bacarıqlı təşkilatçılığı,üzərinə götürdüyü vəzifəyə
sadiqliyi, iradəsi, ardıcıl və qətiyyətli fəaliyyəti nəticəsində Fond həm
respublikamızda, həm də xaricdə, nüfuzlu beynəlxalq qurumlarda böyük hörmət
qazanmışdır. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə xalqımızın dini dəyərlərinə
böyükqayğı göstərilir, Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı-Azərbaycan” layihəsi
çərçivəsində ölkəmizdə yeni məscidlər
inşa edir, müqəddəs ziyarətgahların təmir-bərpa
işlərini həyata keçirir. Fondun dəstəyi ilə yüz illər boyu Azərbaycanda dost və
qardaş şəkildə yaşamış müxtəlif dinlərə mənsub olan nümayəndələrə də şərait
yaradılır, ibadət evləri bərpa edilir. Həmçinin
müxtəlif müsəlman ölkələrində xeyriyyə aksiyaları keçirilir. 2007-ci ildən
başlayaraq Mehriban xanımın təşəbbüsü ilə ölkəmizdə “Ağacəkmə” kampaniyası, böyük ekoloji layihələr
icra edilməkdədir. “Hərəyə bir ağac əkək” kampaniyası hər il davam etdirilərək ətraf
mühitin sağlamlaşdırılmasına xidmət edir, ekoloji problemlərin həlli sahəsində Azərbaycanın
yaşıl örtüyünü zənginləşdirir, parklar və bağlar salınır. 2020-ci ildə Mehriban
xanımın təşəbbüsü ilə Nəsimi ili çərçivəsində 650 min ağac əkilmiş
və Bakı şəhərində Qafqaz Biomüxtəlifliyi Sammiti keçirilmiş, biomüxtəlifliyin
qorunması məsələsi müzakirə edilmişdir. 2017-ci il fevralın 21-də Prezident İlham
Əliyevin sərəncamı ilə Mehriban xanım Əliyeva böyük və əvəzedilməz fəaliyyətlərinə
görə Azərbaycanın Birinci vitse-prezidenti təyin olundu. Azərbaycanın Birinci vitse-prezidenti
Mehriban xanım Əliyeva vətənini sevdiyi qədər də, onun qayğısını çəkir, dövlətçiliyini
qoruyur, nüfuzunu artırır, dünyanın sivil ölkələri sırasında dayanıqlı olmağa
var qüvvəsi ilə çalışır. Xalqın sevgisini qazanmış Birinci xanım öz çoxşaxəli fəaliyyətində
hər zaman millətin dili, mədəniyyəti, tarixi və milli-mənəvi dəyərlərinə sadiq
qalaraq Azərbaycançılıq ideologiyasına xidmət edir. Azərbaycan xalqı Birinci
vitse- prezidenti, birinci xanımı Mehriban xanım Əliyevaya dövlətçiliyin
qorunması və qüdrətlənməsi naminə dəstək
olur və fəaliyyətində uğurlar arzulayır.
Elmira Tağıyeva
Neftçala rayon sakini, müəllim
Digər xəbərlər