Qələbəni təmin etmiş effektiv Ordu quruculuğu
Ordu dövlətin suverenliyini
və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlət quruculuğunun tərkib
hissələrindən biridir. Azərbaycanın zəngin dövlətçilik tarixində güclü ordunun yaradılması
hər zaman prioritet məsələlərdən olmuşdur.Ulu ÖndərHeydər Əliyev görkəmli dövlət
xadimi, böyük siyasətçi, həm də peşəkar hərbçi idi. Ulu Öndərin hakimiyyətə gəlişindən
sonra ordu quruculuğunun diqqət çəkən əsas tərəfi onun yüksək peşəkarlıqla həyata
keçirilməsi idi.Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının
yaradılması hərb sahəsində milli kadr ehtiyatının formalaşdırılması prosesinin
keyfiyyət etibarilə yeni inkişaf mərhələsi sayıla bilər. Ulu Öndərin 2001-ci il
20 avqust tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi
məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan
Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi
adlandırılmış və bununla həmin təhsil ocaqlarının respublika üzrə hərbi təhsil
müəssisələri sistemində statusu yüksəldilmişdir.Ümummilli Lider Heydər Əliyevin
müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri bu gün
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli
missiyasını uğurla davam etdirir. Məhz bu uğurlu siyasət nəticəsində Müdafiə Sənayesi
Nazirliyində 400-dən çox müdafiə təyinatlı məmulatın istehsalının həyata
keçirilməsi ölkəmizin hərbi qüdrətinin artmasının mühüm göstəricilərindən
biridir. Bu, Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz
etmək üçün əvəzsiz imkanlar yaradıb. Azərbaycanın bütün strateji əhəmiyyətli
sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatlar həyata
keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Ordunun
müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının
yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin
gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir.Azərbaycanda
son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif
növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar
istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla
Silahlı Qüvvələrimizi əhəmiyyətli dərəcədə təchiz edə bilir. Bundan əlavə,
hazırkı dövrdə silah və hərbi texnikaların satın alınmasına və hərbi məhsulların
istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri
də genişləndirilir.Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılması istiqamətində
uğurlu diplomatik iş aparan Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il
sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində
qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Azərbaycan Prezidenti Qarabağ kimi
çox çətin problemi həll edərək Ermənistanı, dünyadakı erməni diasporunu və
onların havadarlarını diz üstə çökdürərək reallığı qəbul etməyə məcbur etdi -
işğala son qoyuldu. Müzəffər Ali Baş Komandan bununla da tarixi ədaləti bərpa
etdi. Ermənistan üzərində parlaq qələbə əldə edilməsi həm də İlham Əliyevin
apardığı praqmatik, sistemli siyasi kursun və uzaqgörən xarici diplomatiyanın bəhrəsi
idi.Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin
qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan
Ordusunun Qələbə salnaməsi daim xalqın yaddaşında yaşayacaqdır. Cəbrayıl,
Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Şuşa və Şuşadan bir gün sonra 70-dən çox kənd,
həmçinin Kəlbəcər, Ağdam və Laçın azad edildi. Bütövlükdə 300-dən çox yaşayış məntəqəsi
düşməndən təmizləndi. Düşmən ordumuzun gücü qarşısında geri çəkilərək
kapitulyasiya aktını imzalamağa məcbur oldu. 44 gün ərzində müntəzəm surətdə müxtəlif
mənbələrdən, müxtəlif ünvanlardan böyük təzyiqlərin, təhdidlərin olmasına rəğmən
Azərbaycan zəfər çaldı. Xalqımız, bütün dünya azərbaycanlıları möhtəşəm qələbəni
böyük qürur hissi ilə qeyd etdi.Zəfərimiz isə əbədidir və hər zaman qalib
xalq olduğumuzu dünyaya bəyan edəcək.
Cavad Mirzəyev,
YAP Neftçala rayon təşkilatının
ideoloji işlər üzrə məsləhətçisi
Digər xəbərlər