Müharibənin miqyasını və Qələbənin möhtəşəmliyini göstərən Hərbi qənimətlər Parkı.

2022-11-03 Baxış: 487
img

Xəzər dənizinin mirvari boyunbağı kimi tanınan, müasir tikililəri, tər-təmiz prospektləri və parkları, muzeyləri, gəzinti yerləri ilə diqqət çəkən Bakının sahil bağında Hərbi Qənimətlər Parkı bir ildən artıqdır fəaliyyət göstərir. Burada Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 44 günlük Vətən Müharibəsi zamanı 27 sentyabr - 10 noyabr 2020-ci il tarixlərində Azərbaycan Ordusunun uğurlu qalibiyyəti nəticəsində düşməndən götürülmüş hərbi qənimətlərin bir hissəsi nümayiş etdirilir. Milli Dənizkənarı Parka gələnlər, istər Bakıya gələn əcnəbilər, istərsə də ölkəmizə turist kimi səyahət edən fiziki şəxslər bu parka getmədən oranı tərk etmək istəmirlər. Bir çox qonaqlar bu parka muzey kimi müraciət edirlər.

Bura səfər edənlərin  reaksiyalarından aydın olur ki, 2020-ci il sentyabrın 27-də başlanan və işğal olunmuş ərazilərimizin bərpası ilə başa çatan 44 günlük Vətən Müharibəsi tariximizin qürurverici məqamına, Azərbaycan xalqı üçün milli qürur mənbəyinə çevrilib. Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə Azərbaycan Ordusu qeyri-mümkün görünən işi cəmi 44 gündə həyata keçirdi. İgid Azərbaycan əsgəri düşmənin 30 il ərzində qurduğu, milyonlarla pul xərclədiyi və “keçilməz” adını qazandığı nəhəng müdafiəsini qısa müddətdə darmadağın etdi. Şəhər və kəndlərimiz bir-bir düşmən tapdağından azad edildi. Azərbaycan əsgəri 44 gün ərzində əsl qəhrəmanlıq, şücaət  göstərmişdir.

Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə dövlət başçısı demişdir: "İkinci Qarabağ müharibəsində  biz Ermənistanın haradasa 4-5 milyard  dollarlıq dəyərində hərbi texnikasını məhv etmişik. Bu texnikanın bir hissəsi qənimət kimi götürülüb, biz ondan istifadə edirik. Bir hissəsi isə Hərbi Qənimətlər Parkında nümayiş etdirilir".

Azərbaycan Ordusunun döyüşdüyü düşməndən götürdüyü hərbi qənimətlərin bir hissəsi Vətən müharibəsinin başa çatmasından təxminən bir ay sonra, dekabrın 10-da nümayiş etdirilib. İki gün sonra Prezident, Ali Baş Komandan İlham Əliyev Bakıda Hərbi Qənimət Parkının açılışında iştirak etdi. Bu park, demək olar ki, İkinci Qarabağ münaqişəsində əldə edilmiş qələbənin strateji əhəmiyyətini nümunə göstərən tarixi əhəmiyyətli memarlıq və qəhrəmanlıq kompleksidir. Məhz bu kompleksdə 30 il torpaqlarımızı işğal altında saxlayan, Qarabağın maddi-mənəvi dəyərlərini çapıb-talayan,  məhv edən təcavüzkar Ermənistana məxsus döyüş texnikasının qüdrətli Azərbaycan Ordusu tərəfindən darmadağın edilmə nişanələri öz əksini tapıb. "Məğlubedilməz"  Ermənistan Ordusuna aid 522 hərbi yük maşınının nömrələrinin toplandığı xüsusi lövhənin nümayiş etdirildiyi kompleksdə həmçinin, KUB, OSA zenit raket kompleksləri, 150-dək ağır texnika, T-72 tankları, piyadaların döyüş maşınları, 2S1 özüyeriyən artilleriya qurğusu və digər eksponatlar yer alıb.

Qeyd edək ki, Hərbi Qənimətlər Parkı Azərbaycan kimi dost xalqlarda yaşayanlar üçün qürur mənbəyi olsa da, ermənilər üçün göz dağıdır. Bakıda belə bir parkın yaradılması münaqişədən əvvəl “Tezliklə tanklarımız Bakı küçələrində olacaq” deyə bəyan edən və Azərbaycanın “düşmənçiliyindən” beynəlxalq qurumlara şikayət edəcəklərini iddia edən Ermənistan tərəfinin hiddətinə səbəb olub.  Bunlar təbii ki, nəticəsiz cəhdlərdir. Düşmən Qarabağın işğalı baş verməmişdən əvvəl onun nəticələrini qabaqcadan görməli və anlamalı idi. Bunun fərqinə varmaq üçün çox gec idi. Rəqib qüvvələr Azərbaycanın qüdrətli lideri, yüzlərlə səhifəlik qəhrəmanlıq tarixi, möhtəşəm ənənələri olan bir xalq, dövlət olmasından xəbərsiz idilər. Onlar hələ də görmürlər ki, bugünkü nadir müharibə elanları qisas hissi ilə yaşayan ermənilərə heç nə vermir. Ermənistan 44 günlük müharibədə ağır məğlubiyyətinin səbəblərini araşdırmalı və başa düşməlidir ki, başqalarının hüquqlarını pozmaq, onların ölkəsinin torpağını, mədəni sərvətlərini oğurlamaq mümkün deyil. Vətəni geri almaq uğrunda mübarizəyə aşiq olanlar üçün Müharibə Qənimətləri Parkı qorxulu yuxu olsa da, Azərbaycanın bütün pərəstişkarları üçün qürur mənbəyidir.

44 gün davam edən qarşıdurmada Azərbaycan əsgərinin qələbə çalmaq üçün göstərdiyi şücaət Qənimətlər parkının hər yerində öz əksini tapıb. Bu baxımdan parkın digər tərəfində on komponentdən ibarət mühəndis maneələr sistemini özündə əks etdirən möhkəmləndirilmiş müdafiə mövqeyinin eksponatı xüsusilə maraqlıdır. Bu, Azərbaycan ordusunun üzləşdiyi çətinlikləri geniş şəkildə təsvir edir. Bunlara baxandan sonra siz bir daha əmin olursunuz ki, münaqişəni yalnız ən müasir hərbi texnika və silahlardan istifadə etməklə qazanmaq olmaz. Münaqişənin başında əsgər və zabitlər dayanır.

Azərbaycan Silahlı Qüvvələrinin üzvləri Vətən müharibəsində göstərdikləri xalqımızın şücaət rəmzi kimi tarixdə yer alıblar. Döyüş meydanlarında əsgərlərimiz, zabitlərimiz, çavuşlarımız, könüllülərimiz əsl xalq  oğlunun şücaətini, mərdliyini, qorxmazlığını nümayiş etdirdilər.

Faiq Babayev,

YAP Neftçala rayon təşkilatı

Ərazi Partiya təşkilatının sədri