İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək.
Belə ki, 27 sentyabr 2020-ci il tarixində Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə igid Azərbaycan Ordusu 30 ilə yaxındır ki, Ermənistan
Silahlı Qüvvələrinin nəzarətində olan ərazilərin işğaldan azad edilməsi istiqamətində
döyüşlərə başlamışdır. Həmin vaxt Ermənistanın hərbi təxribatlarına cavab
olaraq cəbhənin bütün istiqamətlərində əks-hücum əməliyyatları keçirilirdi.
Azərbaycan Ordusu münaqişə zamanı hər gün şəhər və kəndləri düşmən
tapdağından azad edirdi. Döyüş meydanında Azərbaycanın tarixi ərazilərinə
basqın edən, orada yaşayan azərbaycanlıları öz ata-baba yurdlarından didərgin
salan düşməni darmadağın edildi. Düşmənin son döyüşçülərini öz ərazimizdən
qovduq.
Hər gün uğur qazanmağa davam edən Azərbaycan hərbçiləri erməni qəsbkarlarını
darmadağın edib ərazilərimizdən qovmaqla yanaşı, düşməndən götürdüyü
silah-sursatdan da ermənilərin özlərinə qarşı istifadə etməyə başlayıb. Azərbaycan
Ordusunun döyüş meydanında göstərdiyi şücaət qarşı tərəfi heyrətə salmışdı. Nəticədə
erməni qoşunları bu cür şücaətə tab gətirə bilmədiklərindən həm ordudan, həm də
döyüş meydanından qaçmağa başladılar. Buna görə də İkinci Qarabağ müharibəsi
zamanı Ermənistan ordusundan on minlərlə fərari var idi.
Döyüş əməliyyatlarının ilk günündə qoşunlarımızın bir çox yaşayış məntəqələrini
işğaldan azad etməsi düşmənin şəxsi heyətini dəhşətə gətirib. Müxalif qüvvələr
hər addımda məhv edilirdi və xilas ola biləcəkləri yeganə yol qaçmaq idi.
44 gün davam edən döyüşlər zamanı 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan
azad edilib. Belə ki, Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və
rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri
və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3
kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri,
Laçın rayonunun bir neçə kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində
bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri
və daha 5 adsız yüksəklik azad olunub.
Noyabrın 8-də Azərbaycan Ordusu Şuşa şəhərini azad etdikdən sonra düşmən
faktiki məğlubiyyətə uğradı. Ermənistanın hərbi-siyasi rəhbərliyi uduzduqlarını
etiraf edərək, həm insan sayı, həm də hərbi təchizat baxımından sayca çox az olduğunu
anladıqdan sonra atəşkəs sazişini imzalamağa razılıq verdilər. Bununla da
Prezident İlham Əliyev, Ali Baş Komandan Müzəffərin rəhbərlik etdiyi cəsur Azərbaycan
Ordusu Ermənistanı təslim aktına imza atmağa məcbur etdi.
Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş
naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin münaqişə zonasında atəşin
və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar.
Bununla da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulub. Bəyanata
əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları sülh yolu ilə Azərbaycana
qaytarılıb.
Bununla da Azərbaycan döyüş meydanında olduğu kimi, siyasi meydanda da
tam qələbə qazanıb. Bu qələbə düşmənə verilə biləcək ən gözəl cavab idi.
"İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən
unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək.
Əgər orada kimsə – istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş,
öyrədilmiş hansısa ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə,
o, bizim yumruğumuzu bir daha görəcək və son iki ilin tarixi bunu göstərdi. Hətta
bu il “Fərrux” əməliyyatı, “Qisas” əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan
sərhədindəki hadisələr - bütün bunlar Ermənistan üçün dərs olmalıdır. Biz bu dərsi
öyrədirik və ümid edirik ki, nəhayət, onlar bunu anlayacaqlar, boyunlarını
büküb öz daxili işləri ilə məşğul olacaqlar, bizim torpağımıza göz dikməyəcəklər,
Qarabağa göz dikməyəcəklər". Bunu Azərbaycan Prezidenti İlham Əliyev
noyabrın 8-də Zəfər Günü münasibətilə Şuşada keçirilən tədbirdə bildirib.
Elşad Möhnətov,
YAP Neftçala rayon təşkilatının fəal üzvü
Digər xəbərlər