Pandemiya “2030: Davamlı inkişaf Məqsədləri”nin icra olunmasına mənfi təsir edib.
Artıq pandemiyanın fəsadlarının səngidiyi
bir dövrdə Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun
Zirvə görüşünə ev sahibliyi etmək ölkəmizin qlobalmiqyaslı mövqelərini daha da
möhkəmləndirir. Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının mövqeləri
daha da güclənib. Bu gün Latın Amerikasından uzaq Asiyaya qədər Hərəkat dünyada
önəmli siyasi qərarların qəbul edilməsi prosesində çox fəal şəkildə iştirak edir.
Azərbaycanın sədrliyi dövründə təşkilat COVID-19-un fəsadları, eyni zamanda,
pandemiyadan doğan ədalətsizliklər, vaksin milliyyətçiliyi və digər bir çox məsələlərə
qarşı müqavimət formalaşdırdı. Bu gün bir çox beynəlxalq tədbirlərin, təşkilatların
qlobal mərkəzi halına gələn paytaxtımızda Qoşulmama Hərəkatının önəmli bir tədbirinin
keçirilməsi, bu tədbirə dünyanın müxtəlif coğrafiyalarından nüfuzlu siyasi
liderlərin, prezidentlərin, nazirlərin qatılması Azərbaycanın həm Qoşulmama Hərəkatı
nəzdində, həm də qlobal siyasi münasibətlər sistemində dəyərini bir daha ortaya
qoyur.
Prezident İlham Əliyevin cari ilin 2 mart
tarixində Qoşulmama Hərəkatının COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun
Zirvə görüşündə çıxışı zamanı üzv ölkələri Yüksək Səviyyəli Panelə dəstək olmağa
çağırdı: “Pandemiya “2030: Davamlı İnkişaf Məqsədləri”nin icra olunmasına mənfi
təsir edib. Bundan əlavə, hədəflərə çatmaqda geriləmənin qarşısını almaq və
2030-cu il gündəliyinin icrasına vaxtında nail olmaq üçün qlobal səylər gücləndirilməlidir.
Bu məqsədlə biz BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin
yaradılmasını təklif etmişik. Bu panel post-pandemiya dövrü üçün qlobal tədbirlərə
dair tövsiyələr hazırlaya bilər. Mən Qoşulmama Hərəkatına üzv olan ölkələri bu təşəbbüsü
dəstəkləməyə çağırıram”.
Qoşulmama Hərəkatında təmsil olunan ölkələrin
coğrafi yerləşməsinə baxsaq görərik ki, onların potensialı müxtəlifdir. Bu ölkələr
müxtəlif dünya ölkələrini bir-biri ilə birləşdirir. Necə deyərlər, körpü
rolunda çıxış edirlər. QH ölkələri intensivliyini artırmasa, regional iqtisadi
aktivliyə siyasi nöqteyi-nəzərdən dəstəyə qoşulmasalar, bu, ümumi inkişafa töhvə
verməz. Ona görə ki, dünyanın iqtisadi tarazılığının pozulması prosesi gedir. Həqiqətən
də pandemiya dünya iqtisadiyyatına böyük ziyan vurdu. 20-ci əsrdə baş verən 2
müharibə, 1929-1933-cü illərdəki iqtisadi böhran dünya iqtisadiyyatına bu qədər
ziyan vura bilmədi. 2020-ci ildə başlayan qlobal pandemiya nəticəsində zəncirvari
toxumalar hamısı pozuldu. Dünya tarixində bu qədər işsiz ordu yaranmamışdı. Hətta
bəzi nüfuzlu analitik təşkilatlar belə qənaətə gəldilər ki, pandemiya
strukturlu şəkildə işsizlik ordusu yaratdı. Bu işsizliyi aradan qaldırmaq üçün ən
azından 10 il vaxt lazımdır. Bu nöqteyi-nəzərdən Prezident İlham
Əliyevin təklifləri reallığa söykənir. Post-pandemiya dövrü üçün qlobal tədbirlər
gücləndirilməlidir. Bütün üzv ölkələr səylərini birləşdirməklə vahid mövqedən
çıxış etməlidirlər. Yalnız o halda “2030: Davamlı İnkişaf Məqsədləri”nin
reallaşdırılması mümkün olacaq. QH üzvləri arasında iqtisadi platformalar çərçivəsində
əməkdaşlıq genişlənməlidir. Nə qədər əməkdaşlıq artarsa, bu, bir o qədər
pandemiyanın yaratdığı iqtisadi fəsadların tez aradan qaldırılmasına öz töhvəsini
verəcək. Ona görə də, QH ölkələri səylərini maksimum birləşdirməlidirlər. Bu
kimi məsələlərə daha ciddi yanaşmalıdırlar”.
Əli Ələkbərov,
YAP Neftçala rayon təşkilatının fəal üzvü
Digər xəbərlər