Ən böyük dağıntılara məruz qalan Füzuli və Ağdam şəhərləridir, orada bir dənə də salamat bina qalmayıb
Prezident İlham
Əliyev cari ilin 21 iyul tarixində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media”
mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində dərin məzmunlu çıxışı
zamanı bildirmişdir ki, "İkinci
Qarabağ müharibəsi başa çatanda Rusiya tərəfindən bizə müraciət olundu ki,
onlara vaxt verin torpaqlardan çıxsınlar - Ağdam, Kəlbəcər, Laçın. O biabırçı mənzərəni
biz hələ unutmamışıq. Ağacları qırırdılar, evləri yandırırdılar, ağacları
yandırırdılar və azərbaycanlıların yaşadıqları evlərdə, harada ki, qanunsuz məskunlaşmışdılar,
hətta, necə deyərlər, ən ucuz əşyalarını söküb bellərində aparırdılar bütün
dünyanın gözü qarşısında. Yəni, buna hansı ad vermək olar? Ona görə biz bu əməllərin
sahiblərindən nə gözləyə bilərik? Mənim bütün dediklərim 100 faiz həqiqətdir. Mən
heç nəyi zərrə qədər şişirtmirəm. Hələ çox şeyləri demirəm.Bir səbəb də ola bilər
ki, bu bölgəni tamamilə erməniləşdirmək, Azərbaycanın mədəni irsini silmək üçün
və öz aləmlərində bu torpaqları gələcəkdə yaşayış üçün yararsız hala salmaq məqsədilə
bunları ediblər. Çünki gördüyünüz bu dağıntılar, - ən böyük dağıntılara məruz
qalan Füzuli və Ağdam şəhərləridir, orada bir dənə də salamat bina qalmayıb, -
müharibə zamanı olan dağıntılar deyil. O dağıntılar Birinci Qarabağ müharibəsindən
sonra bu evlərin sökülməsi nəticəsində olan dağıntılardır. Daşları bir-bir
söküb aparıb orada-burada satıblar. Yəni, buna nə ad vermək olar?Biz erməni
xalqının tarixi mirasına əl dəymirik. Bax, burada, Şuşada erməni kilsəsi var. Hər
kəs gedib baxa bilər, orada bir daşa da dəyilməyib, əksinə, ora qorunur. Yəni, bizim münasibətimiz
budur və biz onlardan törətdikləri əməllərə görə qisas almaq fikrində deyilik.
Mən hələ müharibə vaxtı və müharibədən sonra onu demişdim ki, biz qisası döyüş
meydanında almalıyıq və aldıq da, şəhidlərimizin qanını da döyüş meydanında
aldıq. Biz heç vaxt dinc əhaliyə qarşı vuruşmamışıq. Amma onlar müharibə zamanı
bizim dinc şəhərlərimizi “İskəndər”, “Toçka”, “Skad” raketləri ilə atəşə
tuturdular. Yüzə yaxın günahsız insan, o cümlədən 12 uşaq bu namərd atəş nəticəsində
həlak olmuşdur.Yəni, bilirsiniz, bütün bunları deməklə mən yenə də bildirmək
istəyirəm ki, bu yaddaş silinmir, silinməyəcək və silinməməlidir. Azərbaycan
xalqı bunu heç vaxt unutmamalıdır. Yenə də deyirəm, qisas almaq üçün yox,
unutmamalıdır ki, heç vaxt təkrarlanmasın. Çünki biz bir dəfə səhv buraxmışdıq,
qonşulara çox inandıq və sonra onun acısını çəkməli olduq.Hər halda, hər şey
göz qabağındadır. Bu toplantılar məhz, o cümlədən ona görə əhəmiyyətlidir ki,
burada toplaşan beynəlxalq media nümayəndələri hər şeyi öz gözləri ilə görəcəklər
və görürlər, Azərbaycan həqiqətlərini öz ölkələrinə, öz ölkələrinin nümayəndələrinə,
ictimaiyyətinə çatdıracaqlar. Biz bunu istəyirik.İşğal dövründə bura bir növ
qadağan edilmiş zona idi. Şuşa şəhərinə hələ bəzi xariciləri buraxırdılar, amma
Ağdam, Füzuli bölgələrinə heç kimi buraxmırdılar. Çünki gələn adam hər şeyi görəcəkdi.
Amma indi hər şey göz qabağındadır və bu, bir daha göstərir ki, biz hansı
tarixi nəticə əldə etmişik. Biz təkcə Ermənistanı məğlub etmədik, biz erməni
faşizminin belini qırdıq. Biz erməni xalqını demək olar ki, bu bədəməllərdən
xilas etdik. Bəlkə İkinci Qarabağ müharibəsindəki bu acı məğlubiyyət onlara dərs
olacaq və onlar oturub fikirləşəcəklər ki, bundan sonra bu bölgədə necə
yaşasınlar, öz günahlarını etiraf edəcəklər, öz cinayətlərini etiraf edəcəklər,
cinayətkarları məsuliyyətə cəlb edəcəklər. Artıq bu proses başlayıb. Ermənistanda
əli Azərbaycan xalqının qanına batmış cəlladlar elə erməni hakimiyyəti tərəfindən
cəzalandırılır. Bu, ədalətlidir və bunun davamı olmalıdır. Ancaq o təqdirdə
xalqlar arasında real barışıq ola bilər. Sülh müqaviləsi imzalana bilər, ancaq əsas
məsələ ondadır ki, ictimai müstəvidə barışığa doğru addımlar atılsın və
onlardan birincisi ermənilər tərəfindən öz günahlarının etiraf edilməsidir".
Murad Əhədov,
YAP Neftçala rayon təşkilatının üzvü
Digər xəbərlər