Sülhün şərti
10 noyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsini yekunlaşdıran bəyanatla Ermənistanın məğlub ölkə kimi üzərinə götürdüyü müəyyən öhdəliklər var. Azərbaycan-Ermənistan arasında mümkün sülhə gedən yolda ən vacib komponentlərindən biri də elə bəyanatın bütün bəndlərin tam şəkildə icra olunmasıdır.
Təəsüflər olsun ki, Ermənistan zaman keçdikcə bu öhdəliklərin bəzilərinin icrasından boyun qaçırmağa çalışır. Ötən ilin 26 avqustunda qısamüddətli güc tətbiqindən sonra azad edilən Laçın şəhəri, Sus və Zabux kəndləri də bəyanatın 6-cı bəndinin Ermənistan qarşısında qoyduğu tələbin bir hissəsi idi. Görünür ki, Ermənistan yalnız Dəmir Yumruğun zərbəsini hiss etdikdən sonra öhdəliyini icra etməyə məcbur olur yaxud da edilir.
Azərbaycan Vətən müharibəsindən keçən 3 ilə yaxın müddətdir ki, sözügedən bəyanatın 4-cü bəndinin, yəni, Qarabağ iqtisadi zonasından erməni silahlı qüvvələrinin çıxarılması öhdəliyinin yerinə yetirilməsini tələb edirdi. Ötən ilin oktyabr ayında dördtərəfli “Praqa görüşü”ndə Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını bəyan etməsi proseslərin yeni səviyyədə daha sürətli inkişafına gətirib çıxardı. Hadisələrin davamında Azərbaycanın Qarabağ iqtisadi zonasında faydalı qazıntıların qanunsuz istismarını, daşınmasını və ekoloji fəlakəti, eləcə də qeyri-qanuni erməni hərbi birləşmələrinin təchizatını dayandırmaq tələbi Ermənistanı əməlli-başlı silkələdi.
Qarabağın Azərbaycan ərazisi kimi rəsmi formada qəbul olunması bir növ Ermənistanın qarşında yeni öhdəliklər formalaşdırmışdı. İndi o, Qarabağdakı qeyri-qanuni erməni hərbi birləşmələrini tərkisilah etməklə yanaşı, erməni icmasının Azərbaycana inteqrasiyasını, həmin ərazilərin Azərbaycan yurisdiksiyasına keçməsini təmin etməli idi.
Cari ilin 23 aprel tarixində Ermənistanla şərti sərhəddə Laçın SBM-nin qurulması tarixə Azərbaycanın ərazi bütövlüyünün tamamlanması kimi düşdü. Bununla da, Azərbaycan Ermənistandan Qarabağa, eləcə də əksinə daşınınan qaçaqmalçı yüklərin qarşısını almağa nail oldu. Bu hadisə həm də Qarabağın erməni icmasını və onlar yaşayan əraziləri Azərbaycanla daha çox və birbaşa bağlı edirdi.
Azərbaycanın bütün sülh çağırışlarına baxmayaraq, Ermənistan və onun xarici havadarları öhədliklərinin icrasını ənənəvi olaraq yubatmağa, separatizmi dəstəkləməyə davam edirdilər. Ermənistanın belə təxriabatlarına cavab olaraq 19-20 sentyabr tarixlərində Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbirləri onların başına dəyən növbəti Dəmir Yumruq oldu. Beləliklə, Azərbaycan güc yolu ilə Ermənistanın 3 ilə yaxın müddətdə icra etmədiyi, daha doğrusu etmək istəmədiyi öhdəliyini 1 gün ərzində həyata keçirdi.
Bundan sonra, Qarabağda bir nəfər də olsun əlisilahlı erməni qalmayacaq. Növbəti mərhələdə isə Qarabağın erməni icması yaşayan ərazilərində Azərbaycanın tam suverenliyini bərpa etmək və ermənilərin reinteqrasiyasına nail olmaq üçün addımlar müəyyən olunacaq. Hər hansı bir erməni Azərbaycan hakimiyyətinə tabe olmaq istəmirsə, ərazilərimizi tərk etməkdə sərbəstdir, əks halda vətəndaşı olduğu ölkəyə qanun çərçivəsində köçürməyə məcbur olacağıq.
Sülhün şərtlərini yalnız Azərbaycan diktə edə bilər!
Fərhad Baxışov,
YAP Neftçala rayon təşkilatının əməkdaşı
Digər xəbərlər