“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”.
Tarixin heç bir dönəmində Türkiyə-Azərbaycan
münasibətləri indiki qədər yüksək səviyyədə olmayıb. İqtisadi əlaqələrə gəlincə,
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bizim bütün istiqamətlər üzrə, o
cümlədən ticarət dövriyyəmizin artırılması istiqamətində önəmli addımlar
atılmışdır. Keçən il bizim ticarət dövriyyəmiz 6 milyard dollardan çox olub.
“Bu ilin yeddi ayında ticarət dövriyyəsinin daha 40 faiz artdığını və daha da
artacağına əminliyini ifadə edən dövlətimizin başçısı bildirib: “Düzdür, hədəf
çox, yəni, yüksək rəqəmlərlə ölçülür. Bir müddət bundan əvvəl 15 milyard dollar
ticarət dövriyyəsi hədəfləmişdik. O zaman ticarət dövriyyəsi təqribən 2 milyard
dollar idi. Amma indi 6 milyard dolları ötüb. Yəqin ki, yaxın gələcəkdə buna da
çatacağıq”.
Yeni reallıqlar fonunda iki ölkənin strateji gündəliyinin
mühüm tərkib hissəsi regional əməkdaşlıq və təhlükəsizliklə əlaqədardır.
Xüsusilə də, bölgədə kommunikasiyaların bərpası, konkret olaraq Zəngəzur dəhlizinin
yaradılması məsələsi ayrıca diqqət mərkəzindədir. Bu, həm ölkəmizin yerləşdiyi
regionda, həm də Asiyadan Avropaya doğru geniş məkanda yeni siyasi-iqtisadi mənzərənin
formalaşmasına zəmin yaradacaq. Zəngəzur dəhlizi açıldıqdan sonra hər iki ölkənin
coğrafi bağları daha da güclənəcək, eləcə də bu fakt bütövlükdə regionun
rifahına əhəmiyyətli təsir göstərəcək. Məlumdur ki, bu dəhliz Azərbaycanın, həmçinin
regionun iqtisadi inkişafına böyük töhfələr verəcək. Zəngəzur dəhlizinin ən
üstün cəhətlərindən biri ondan ibarətdir ki, Xəzər və Aralıq dənizlərindən
başlayaraq Cənub- Şərqi Asiya və Mərkəzi Asiya ilə Avropa arasındakı nəqliyyat-logistika
xətti olacaq. Xüsusilə, Zəngəzur dəhlizi Azərbaycanı ayrılmaz hissəsi olan
Naxçıvanla, həmçinin Türkiyə ilə birləşdirəcək. Bu layihə bütün türk dünyasının
coğrafi bağlantısına səbəb olacaq. Yeni kommunikasiya vasitəsilə Azərbaycanın
Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşməsi, Azərbaycanın əsas
hissəsi ilə muxtar respublika arasında birbaşa quru əlaqəsinin yaranması həm
iqtisadi və siyasi, həm də strateji önəmə malikdir.
Nəticə etibarilə, Azərbaycan ilə Türkiyə regionda yeni geosiyasi nizam
yaradırlar. Bu, sülhə, sabitliyə, təhlükəsizliyə və əməkdaşlığa xidmət etməklə
ölkələrimizin, dost və tərəfdaş dövlətlərin, həmçinin konstruktiv əməkdaşlıqda
maraqlı olan qüvvələrin qarşısında yeni və mühüm perspektivlər açır.
Türkiyə Cumhuriyətinin Prezidenti Rəcəb Tayyib
Ərdoğanın Naxçıvana səfəri zamanı Azərbaycanla Türkiyə arasında
kommunikasiyalara, eləcə də Zəngəzur dəhlizinə böyük töfhə verəcək Qars-Naxçıvan
dəmir yolunun inşasına dair Niyyət Protokolunun imzalanması tarixi hadisə kimi
qiymətləndirilir. Prezident İlham Əliyev mətbuata birgə bəyanatda Qars-Naxçıvan
dəmir yolunun inşasına dair Niyyət Protokolunun imzalanması tarixi hadisə kimi
dəyərləndirdi: “Əminəm ki, bu layihə də uğurla həyata keçiriləcək və beləliklə,
Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə
xidmət göstərəcəkdir. Biz bu gün Sizinlə, eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir
yolunun potensialının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi apardıq və mən
Sizə məlumat verdim ki, yaxın aylarda bu yolun imkanları 1 milyon tondan 5 milyon
tona qədər artırılacaq. Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirən dəmir
yolunun inşası da uğurla gedir. Azərbaycan ərazisində işlər böyük ehtimalla gələn
ilin sonunda başa çatmalıdır. Yəni, bütün bu tarixi layihələr bir daha onu göstərir
ki, bizim dövlətlərimiz nə qədər bir-birinə bağlıdır, bir-birinə yaxındır. Biz
bir-birimizə dəstək verməklə, eyni zamanda, regional məsələləri də düz istiqamətə
yönəldirik...”.
Gülrux Nağıyeva,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini
Digər xəbərlər